MühaziRƏ 9: “VİtamiNLƏr və Vİtam



Yüklə 172,68 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix24.01.2023
ölçüsü172,68 Kb.
#122529
1   2   3   4   5   6
Mühazirə 9

Suda həll olan vitaminlərin alınması. Suda həllolan vitaminlərə B qrupu 
vitaminləri: B
1
(tiamin), B
2
(riboflavin), B
3
(pantoten turşusu), B
5
(piasin və PP), 
B
6
(piridoksin), B
9
(fol turşusu), B
12
(kobalamin), B
7
(biotin), vitamin C (askorbin 
turşusu) və vitamin P (rutin) aiddir. B qrupu vitaminləri müxtəlif fermentativ 
reaksiyalarda koferment funksiyası daşıyırlar, yəni apofermentlə birləşib tam fəal 
ferment əmələ gətirirlər. 
Vitamin B12. Vitamin B
12
və ya kobalamin mərkəzində kobalt (Co) olan 
mürəkkəb quruluşlu üzvi maddədir. 
Şə
kil 1. Vitamin B
12
( sianokobalamin) strukturu. 
Onun insan orqanizmində çatışmaması nəticəsində hüceyrədə DNT-nin 
biosintez mexanizmi pozulur və “pernitsioz anemiya” xəstəliyi yaranır. Xəstəliyin 
müalicəsi üçün dərman olan B
12
vitamini 1947-ci ildə qaraciyərdən alınmışdır. 


Xəstəliyin müalicəsi məqsədilə hər gün tələb olunan 1-2 mkq vitamin almaq üçün 
120-240 q qaraciyərdən istifadə olunmalıdır. 
Kobalamin 1962-ci ildə K. Berinqaur, L. Smit, A. Conson tərəfindən 
kimyəvi yolla sintez oluşmuşdur. Lakin kimyəvi sintez prosesi 37 mərhələdən 
ibarət olub, mürəkkəbliyinə görə praktikada tətbiq sahəsi tapa bilməmişdir. B
12
vitaminə heyvan toxumlarında (ən çox qaraciyərdə) və mikroorqanizmlərdə 
təsadüf olunur. Bitkilərdən ancaq kök yumrusu bakteriyaları ilə simbioz həyat 
sürən paxlalılarda kobalamin sintez olunur ki, bu da bakteriyaların hesabına 
mümkündür. 
Ə
vvəllər kobalaminin ancaq bakteriyalar tərəfindən sintez olunduğu güman 
edilirdi. Lakin sonralar müəyyən edildi ki, B
12
vitamini bir çox maya və kif 
göbələkləri tərəfindən də sintez olunur. 
Sənaye miqyasında kobalamin almaq üçün Aerobacter aerogenes, 
Agrobacterium radiobacter, Rhizobium meliloti, Bacillus megaterium, B. 
circulans, B. coagulans, Butyribacterium rettgeri, Flavobacterium dvorans, 
Micromonospora purpureae, M. fusca, Pseudomonas denitrificans
kulturaları 
təklif olunmuşdur. Bunların əksəriyyəti 12-20 mq/l kobalamin sintez edirlər. 
Streptomyces olivaceus və Propionobacterium freudenreichi növlərinin bəzi 
ş
tammları 58 mq/l vitamin əmələ gətirirlər. Biosintez prosesində bu 
mikroorqanizmlər şəkərlərdən qida mənbəyi kimi istifadə edirlər. Lakin sənayedə 
qida üçün yayarlı xammallardan istifadə edilməsi məqsədəuyğun olmadığından bu 
kulturalar praktikada tətbiq olunmur. Sənayedə metil spirti (metanol), propandiol 
və qliserin kimi maddələri mənimsəyib kobalamin sintezedən mikroorqanizmlər 
işlədilir, məsələn: Pseudomonas sp. AM – 1 metanolda bitərək 156 mkq/l, 
Microcyclus evurneus isə 102 mkq/l vitamin sintez edirlər. 
Hazırda sənayedə kobalamin mikrobioloji sintez yolu ilə bakteriyalardan 
alınır. Təbabətdə istifadə edilən təmiz (kristalik) B
12
preparatı propion turşusu 
qıcqırma törədən Propinobacterium freudenreichii bakteriyasından alınır. Bu 


qrammüsbət bakteriyalar hərəkətsiz, sporsuz qısa çöplər olub anaerob şəraitdə 
laktoza, süd turşusu, süd cövhəri, qliserin, melassa, ksiloza, dekstran, nişasta kimi 
substratları mənimsəyərək kobalamin sintez edirlər. 
Kobalaminin alınma texnologiyası aşağıdakı mərhələlərdən ibarətdir: 
1.bakteriyanın qida mühitində becərilməsi; 
2.vitaminin qida mühiti və ya hüceyrədən ayrılması; 
3.vitaminin təmizlənməsi; 
4.onun kristallaşması. 
Bakteriyalar mühit turşuluğu pH=6,8-7,4, temperaturu 28-30ºS olan 
mikroaerofil şəraitdə becərilir və fermentasiya 96-120 saat davam edir. Kobalamin 
hüceyrədaxili vitamin olduğu üçün pH=4,5-5,0 olan su vasitəsilə hüceyrələrdən 
ekstraksiya etməklə ayırırlar. Ekstraksiya zamanı vitaminin stabilliyini təmin 
etmək üçün suya 0,25% NaNO
2
əlavə edilir. Məhluldakı lazımsız zülallar 
çökdürülür, vitamin isə üzvi həlledicilərə keçir. Həlledici buxarlandırıldıqda 
çöküntü şəklində vitamin alınır, sonra onu asetonda həll edib kristallaşdırırlar. Bu 
üsulla alınan kobalamin ölkəmizdə tibbi tələbatı tam ödəyir. Ondan pernitsioz 
anemiya, mədə yarası, qastrit, sarılıq və bir çox psixoloji xəstəliklərin müalicəsində 
istifadə edirlər. 
Heyvandarlıqda yemə qatmaq üçün təmiz vutamin deyil, vitaminli 
preparatdan istifadə edilir. Sənayedə belə preparatı metan əmələgətirən 
Metanobacterium cinsli anaerob bakteriyalar qarışığından alırlar. Proses 
metanotenklərdə aparılır və B
12
vitaminindən başqa çoxlu miqdarda B
2
, PP, B
5
, B
7

fol və pantoten turşusu vitaminləri, amin turşuları və zülal sintez edilir. Heyvanlar 
üçün belə konsentratın istifadəsi çox böyük səmərə verir. Konsentratın texniki 
(sənayedə) adı “KMB-12”-dir. 

Yüklə 172,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin