Vitamin B
2
. Vitamin B
2
və ya riboflavin insan və heyvanlar üçün böyük
ə
həmiyyətə malikdir. İnsanın bu vitaminə olan gündəlik tələbatı 2,0-2,5 q-dır.
Riboflavinin insan orqanizmində çatışmaması dodaqlarda çatların əmələ gəlməsi,
gözlərin zədələnməsi, tüklərin tökülməsinə və dermatitə (dəri iltihabına),
heyvanlarda isə boyatma və inkişafın tormozlanmasına səbəb olur.
Kimyəvi tərkibinə görə B
2
vitamini aromatik, pirazin və pirimidin həlqələri
olan mürəkkəb üzvi birləşmələrdir.
Şə
lik 2. B
2
vitamininin quruluşu.
B
12
vitamini kimi o da kofermentlik xassəsi daşımaqla müxtəlif
hüceyrədaxili biokimyəvi proseslərdə mühüm rol oynayır.
Riboflavin ilk dəfə 1933-cü ildə süd cövhərindən alınmışdır. Təbiətdə onu
ali bitkilər, maya və kif göbələkləri, bakteriyalar sintez edirlər.
Mikroorqanizmlərin əksəriyyəti onun koferment formaları olan flavinləri-
flavinamiddinukleotid (FAD) və flavinmonofosfatnukleotidi (FMN) sintez edə
bilirlər.
Mikrobakterlər və asetobakterlərin 1q biokütləsində 10-100 mkq,
Propionibacterium shermanii-nin 1q biokütləsində 220 mkq B2 vitamini sintez
olunur. Fəal kif göbələklərində (Aspergillus niger, A. oryzae) bu miqdar 10-92
mkq-dir. Mayaya bənzər Eremothecium ashbyii (2,5 mq/l), Aschbyii gossypii (6
mq/l) göbələkləri yüksək miqdarda riboflavin sintez etmək qabiliyyətinə
malikdirlər.
Riboflavin biosintezi üçün ilkin maddə quaninli birləşmələrdir. Hüceyrədə
ə
vvəlcə quanintrifosfat (QTF) sintez olunur, sonra isə QTF 5-6 biokimyəvi
çevrilməyə məruz qalaraq riboflavinə çevrilir.
Biosintez prosesinin tənzimi (requlyasiyası) induksiya və repressiya
mexanizminə tabedir və repressor kimi Fe+ ionu tənzimdə böyük rol oynayır. İfrat
sintezə malik ştammlarda biosintez konstitutiv gedir.
Riboflavin və onun koferment törəmələri (FAD, FMN) həm kimyəvi, həm
də mikrobioloji sintez yolu ilə alınır. Sənaye əhəmiyyətli riboflavin
produsentlərinə Eremothecium ashbyii, Aschbyii gossypii göbələklərini misal
göstərmək olar.
Göbələkləri dərin fermentasiya üsulu ilə 26-28ºC temperaturda aerob
şə
raitdə şəkər, parafin və yağlar olan mühitlərdə becərirlər. E. ashbyii daha çox
vitamin sintez etməsinə baxmayaraq biosintetik xassəsini tez itirir, A. gossypii isə
ona nisbətən yüksək stabillik göstərir. Vitamin biosintezi göbələyin çoxalmasından
asılı olmadığı üçün çoxalmayan hüceyrələrdən karbon və enerji mənbələrinə
ehtiyacları olmur.
Riboflavin hüceyrədaxili metabolit olduğu üçün onu hüceyrələrdən su buxarı
vasitəsilə ekstraksiya edir və suyu yenidən buxarlandırmaqla kristal şəklində
riboflavin alırlar. Alınan təmiz riboflavin təbabət, çörəkbişirmə, qida məhsullarını
sarı-çəhrayı rəngə boyamaqda istifadə edilir.
Sənayedə FAD və FMN alınması üçün E. ashbyii, Sarcina lutea,
Brevibacterium ammoniagenes mikroorqanizmlərindən istifadə edilir.
Rusiyada yem məqsədilə istifadə olunan riboflavin E. ashbyii göbələyindən
alınır. Göbələyi dərin fermentasiya şəraitində qarğıdalı və soya unu, texniki bitki
yağlarında becərirlər. Alınan kultural mühiti 30-40% quru maddə qalana qədər
buxarlandırır, sonra xüsusi qurğularda qurudub vitamin konsentratı alırlar.
Konsentratın tərkibində B2-dən başqa zülal, yağ, amin turşuları və s. metabolitlər
olduğundan onun yemə əlavə edilməsi böyük fayda verir. Yem rasionun 1 tonuna
5-8 q B
2
əlavə etdikdə heyvanlar normal inkişaf edir, quşların yumurtalanması
artır.
Riboflavin konsentratın alınması prosesi hələlik baha başa gəlir. Buna görə
də yeni mutant ştammların alınması ucuz optimal qida mühitinin seçilməsi,
produsentin bitmə şəraitinin optimallaşdırılması sahəsində aparılan elmi axtarışlar
böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |