Balıq yağında olan vitamin D
7
-dihidroxolesterini şüalandırdıqda əmələgələn
vitaminindən heç bir cəhətdən fərqlənmir.
İ
nsan və heyvan orqanizmində çoxlu miqdarda D
7
-dihidroxolesterin
sintez
olunur ki, bu da D vitamininə olan tələbatı ödəyir. Ona görə də vitamin D
hormonlara aid edilir və D
2
erqokalsiferol, D
3
isə xolekalsiferol adlanır. Hər iki
vitamin orqanizmdə Ca və P mənimsənilməsinin və sümük toxumlarında
toplanmalarını tənzim edir. Vitaminlərin çatışmaması sümükdə Ca-un azalması və
deformasiyasına (raxitə) səbə olur.
Kimyəvi cəhətdən vitamin D və onun ilkin maddələri təkatomlu çoxsikilli
spirtli birləşmələrdir.
Sterinlərə bütün canlı
sistemlərdə - bakteriya, maya və kif göbələkləri,
yosunlar, ali bitkilər və heyvanlarda rast gəlinir. Eqrosterin maya göbələklərində
olan əsas sterindir və hüceyrədəki ümumi sterinlərin 60-90%-ni təşkil edir. Bəzi
hallarda quru maya göbələyi kütləsinin 10%-ni erqosterin təşkil edir. Hüceyrədə
erqosterin sərbəst və yağ turşuları ilə fərqli birləşmələr şəklində olur.
Çoxlu
miqdarda erqosterin əmələ gətirmək xassəsi Saccharomyces carlsbergensis, S.
cerevisiae, S. chevaliery, maya göbələkləri və onlara bənzər Eremothecium ashbyii
və Aschbya gossypii göbələklərinə xasdır.
Eqrosterin kif göbələklərində geniş yayılmış sterin olub, Penicillium,
Aspergillus, Fusfarium, Neurospora, Carotocystis, Rhizoctonia, Blahsella cinsli
göbələklər tərəfindən sintez olunur.
Bakteriyalardan E.
coli xolesterin, kamnesterin, sitosterin, stiqmasterin
maddələrini, Azotobacter chrococcum laposterin və erqosterini sintez edirlər.
Mycobacterium rubrum bakteriyaları xolesterinə bənzər sterinlər əmələ gətirirlər.
Prokariotların 1 q quru biokütləsində 0,001-0,1 mq, eukariotlarda isə 0,3 q sterin
olur. Bəzi bakteriyalar (Holobacterium cutirubrum, Methyloccoccus capsulatus)
müstəsna olaraq 0,5 və 0,55% sterin əmələ gətirirlər.
Maya göbələkləri vasitəsilə erqosterinin biosintezi ətraflı öyrənilmişdir.
Biosintezin əsas şərti hüceyrələri oksigenlə tam təmin etməkdir. Anaerob şəraitdə
isə hüceyrələr erqosterinin sintezi üçün lazım olan
ilkin maddə-skvalein sintez
edirlər.
Hüceyrədə çoxlu miqdarda zülal sintez olunduqda sterinlərin sintezi
zəifləyir. Ona görə də sterinlərin sintezini artırmaq üçün qida mühitinə zülal
biosintezini stimuləedən azotlu maddələr cüzi miqdarda verilir. Sterinlər hüceyrədə
mitoxondrinin formalaşması, membran keçiriciliyinin nizamlanması, hüceyrənin
osmotik təsirlərə qarşı müqavimətini təmin edir.
Sənayedə erqosterin Saccharomyces cerevisiae və S. carlbergensis
mikroorqanizmlərindən alınır. Maya göbələkləri
çoxlu karbon və azot mənbəyi,
güclü aerasiya olan duru qida mühitində dərin fermentasiya üsulu ilə becərilir.
Substrat kimi şəkər çuğunduru şirəsi, etil spirti və normal parafinlərdən istifadə
edilir. Alınan maya göbələyi kütləsinin quru çəkisində 1,5% erqosterin olur.
Erqosterini hüceyrələrdən ayırmaq üçün əvvəlcə onu antioksidantlar əlavə etməklə
stabilləşdirir, sonra hüceyrə qlafını qələvi (KON) məhlulunda qızdırmaqla
parçalayırlar. Bu prosesdə lipidlər məhlula keçir, sterinlər
isə üzvi həlledicilərlə
ekstraksiya edilir. Sterin olan məhlul buxarlandırılmaqla qatılaşdırılır və etil spirti
ilə çökdürülür. Alınan erqosterini vitamin D2-yə çevirmək üçün ultrabənövşəyi
ş
üalarla şüalandırırlar. Bu çevrilməyə bütöv maya göbələyi hüceyrələrini
ş
üalandırmaqla da nail olmaq olar.
Erqosterin alınmasında Penicillium notatum göbələyindən də istifadə edilir.
Bu göbələk sənayedə penisillin almaq üçün becərilir. Penisillin sintez olunduqdan
sonra
məhlula
keçir,
biokütlədə
isə
çox
erqosterin
toplanır.