Mühazirə 5 . Aerodinamik üsulla xolstun alınması . Bu üsulda istifadə edilən maşınlar.
AERODINAMIK ÜSULLA LIFLI XOLSTLARIN FORMALAŞMASI
Aerodinamik üsulla xolstun formalaşması liflərin hava axınının təsiriylə dəllikli barabanların vəya torlu konveyrlərin səthinə toplanmasıyla həyata keçirilir. Bunun üçün əvvəlcədən yumşaltılmış və qarışdırılmış liflər sürətlə fırlanan bir vəya bir neçə darayıcı barabanlarda daranır və hava axının köməyi ilə darayıcının səthindən ayrilaraq hava axınıyla xolst formalaşma bölgəsinə nəql edilir.
Bu üsul aşağıdkı xüsusiyyətlərə malikdir.
İzotrop, yəni ləflərinin istiqməti müəyyən olunmamıs (qarışıq istiqamətli) xolstun istehsal edilməsi;
Bir-birbirindən fiziki-mexaniki və həndəsi göstəriciləriylə əməlli dərəcədə fərqlənən liflərin islənməsinin mümkünlüyü;
Əlavə qurğular olmadan müxtəlif ağırlıklı, həmçinin çox ağır xolstların əldə edilməsinin mümkün olması;
Məhsuldarlığın yüksək olmasıdır.
Lifli xolstların formalaşmasında istifadə edilən pnevmotik sistemlər, aşıq qapalı və qarışıq ola bilərlər.
Açıq pnevmatik sistemdə işçi havanın həcminin tamamı hər istifadədən sonra resilkulyasiya edilmən atilir.
Qapalı pnevmatik sistemdə işçi havanın həcminin tamamı resirkulyasiya edilir ve yalnız havanın çox az hissəsi sistemdən (xaricə) atılır.
Qarışıq pnevmatik sistemdə havanın əsas hissəsi resirkulyasiya edilir və işçi havanin az hissəsi sistemdən atılır.
Aerodinamik üsulla xolstların formalaşmasında qapali pnevmatik qurğuların istifadə edilməsi daha məqsədə uyğundur. Açiq və qarışıq pnevmotik sistemlərdən istifadə edilməsi ətraf mühitin çirklənməsinə səbəb olur.
Aerodinamik xolst formalaşdıranlar şaxta diffuzorunun (üzü dəlikli baraban yaxud tor nəqledici) oxunun yerləşməsinə görə üçə ayrılırlar: şaquli, üfüqi və maili.
Üfüqi kanallı (şaxtalı) diffuzorlardan itifade edildikdə yüngül və ağır liflərin ayrılması müşahidə olunur.
Aerodinamik xolst əmələ gətirən mexaniznlərdə liflərin hərəkəti hava soran, hava vuran və hava soran və vuran ventilyatorlar və həmçinin açık sistemdə ventilyator kimi işləyən çıxarıcı və çıxarıcı – tarayıcı valiklər vastəsiylə təmin olunr.
Bərabərsizliyi ən az olan yüksək keyfiyyətli xolstun alınması üçün liflərin hava axınında bərabər şəkildə yerləşməsi lazımdır. Bu, tarayıcı qurğunun işinin effektivliyindən (tarama dərəcəsindən) və hava axınında olan liflərin konsentrasiyasından asılıdır.
Tarama dərəcəsi, tarayıcı orqanın səthinin lif təbəqəsi ilə yüklənməsindən asılı olub lifin cinsinə və alınan xolst təbəqəsinin ağırlığına bağlı olaraq müəyyən edilir. Məsələn, bir kvadrat metri 100-400 q/m2 olan pambıq xolstu üçün lif təbəqəsi ilə yüklənməsinin qiyməti 0,
36-0,96 q/m2 qədər olur. Uzunluğu 40 mm olan kapron və lavsan liflərdən alinan xolst üçün isə 0,12- 0.72 q/m2-dir.
Liflərin içində olan kənar maddələrin tutulması və toplanması üçün əyri formada üzü dəlikli xüsusi hava borularından istifadə edilir. Bunların sayəsində liflərin içindəki başqa qarışıqlar mərkəzdən qaçma qüvvələrinin təsiri altında hava kanalından atılır.
Aerodinamik xolst əmələ gətirən maşınlarda minimun bərabərsizlikli yüksək keyfiyyətli xolst əldə etmək üçün lifləri bir dəfə daramaq kifayət deyildir. Yüksək keyfiyyətli xolst almaq üçün bu maşınlarda lifleri bir neçə dəfə təkrar daramaq lazım gəlir.
Aerodinamik xolst əmələ gətirən maşınlarda ən əsas mexanizmlər səthində xolst təbəqəsi əmələ gələn üzü dəlikli barabanlar və xolst nəql edicilər – torlu konveylərdir.
Maşında enerji sərfini az olması üçün barabanın dəlikli səthinin sahəsinin mümkün qədər çox olması lazımdır. Buna gçrə də müasir aerodinamik xolst əmələ gətirən maşınlarda barabanın eni 6000 mm-ə qədər çatdırılır. Diametri böyük olan barabanlar vəya torlu konveyrlərdən istifadə edilir. Xolst əmələ gələn səthin sahəsinin artmasıyla maşında istehsal edilən xolstun keyfiyyəti yüksəlir (xolstun bərabərsizliyi azalır) və maşının məhsuldarlığı artır. Bunun üçün barabanların vəya konveyrin nisbi faydalı səthi, yəni səthin dəlikli hissənən sahənin on ümumi səthin sahəsinə olan nisbəti, 0,8-0,9 qədər olmalıdır.
Aerodinamik xolst əmələ gətirən qurğuların işinin effektivliyi diffuzorda və xolst əldə edilən barabanın torlu səthinin girişində hava sürətinin düzgün seçilməsinə bağlıdır. Buna görə de aerodinamik xolst maşınlarında ən önemli texnoloji parametrlərin başında havanın sürəti gəlir. Hava axınının sürəti az olduqda liflərin torlu barabanların səthinə sıxılması zəif olur və buna görə də burada liflərin bir birinə nəzərən sürüşmələri baş verir. Bunun da nəticəsində xolstun bərabərsizliyi artar. Hava axınının sürəti həddindən çox olduqda isə barabanın səthindəki dəlikləri (gözləri) tutulur ləflərin hərəkətinə muqavimət artır, yəni onların hərəkəti zəifləyir. Adətən hava axınının sürəti torlu barabanlarda 10-15 m/s dən çox olmamalı, tarayıcı barabanlarda isə 80 m/s qədər ola bilər.
Aerodinamik üsulla xolst almaq üçün aerodinamik qurğularla təchiz edilmiş mövcud kardo darama maşınları və yeni xüsusi aerodinamik maşınlardan istifadə edilir.
Aerodinamik üsulla xolstun istehsalı üçün АЧМ-14У aqreqatı, ЧМ-100, ЧВМ-1000 darama maşınları və AXA-200 torlu lentli konveyrli xolst formalaşdırıcı aqreqatla təchiz edilmiş Ч-11-200Ш markalı markalı Rusiya istehsalı olan maşinlardan istifadə edilir. Bunlardan başqa Avstiryanın Dr. Ernst Fehrer AG. Firması tərəfindən istehsal edilən aerodinamik xolst əmələ gətirən V21/K12 и V21/R-K122 qurğusu ilə təchiz edilmiış valikli darama maşını geniış istifadə edilir.
N. Schlumberger & Cie (NSC) Nonwoven firmasının AirWeb-C и AirWeb-T qurğularının quraşdırıldığı standart valikli darama maşınları da aerodinamik üsulla xolstların istehsalında tətbiq edilir.
Toxuculuq qırıntılarından və tullantılarından təkrar emal yoluyla alınan xammaldan vəya onların normal lifli qarışığından aerodinamik üsulla istehsal edilən xolstlar aşağıdakı sahələrdə istifadə edilir.
Astarlıq toxunmayan materialların astarlığı istehsalında;
Səs , istilik və hidro izolyasiya materialların istehsalında;
Sarğı ve mebel materialların istehsalında;
Qeotekstil materialların istehsalında;
Həcmli toxunmayan materialların, o cümlədən yastık və yatak döşəklərinin
dolğusu üçün istifadə edilən materialların istehsalında və s.
Dostları ilə paylaş: |