Hava və damcı infeksiyaları ilə mübarizə
Operasiya və sarğı otaqlarının havasında, xüsusulə iş gününün axırına doğru çoxlu miqdarda mikroorqanizmlər toplanır. Buna görə də hava və damcı infeksiyanın profilakasında operasiya blokunda davranış qaydalarına ciddi riayət etməyin böyük əhəmiyyəti vardır. Operasiya otağından kənarda istifadə etməmək şərti ilə maska taxmaq,daxil və xüsusi paltar geymək, iş vaxtı binanı təmiz saxlamaq və operasiyadan sonra onun havasını dəyişməklə, diqətli surətdə yuyub təmizləmək vacibdir. Operasiya və sarğı otaqlarını kvarslampası ilə şüalandırmaq (ultrabənövşəyi şüalarla şüalandırma) olduqca təsirlidir.
Dostları ilə paylaş: |