Mühazirə 9
TPAİS-də kompüter və kontrollerlər.TPAİS-də insan-maşın qarışıqlı əlaqəsi
TPAİS-də kompüter və kontrollerlər
Proqramlaşdirilan məntiqi kontrollerin strukturu
PMK (PMK) termini Proqramlaşdırılan məntiqi kontroller sözlərinin baş hərflərindən yaranmışdır. PMK- lar sənaye şəraiti üçün yaradılmış cihazlardır. Avtomatik və idarəetmə sistemlərində işlədilir. PMK bir sistemin həm idarəedicisi, həm də sistem idarə edilərkən lazım olan qida gərginlik siqnallarını yaradan sadə bir hesablama maşını kimidir. Əvvəllər sadə emallar üçün yaradılan PMK- lar günümüzdə daha mürəkkəb problemləri həll edəcək şəkildə bir cihaz şəklini almışdır. Sənayedə bir çox firmaların yaratdığı PMK- ya rast gəlmək olar. Bu firmalara Siemens, General Elektrik, Westinghose, Mitsubishi, Toshiba, Omron və s. misal göstərmək olar. Bu kitabda əsasən Siemens firmasının istehsalı olan PMK -lara baxılacaq. Əslinə qalsa, bütün PMK- lar bir -birinə oxşardır və eyni bir məntiq əsasında işlədilirlər. PMK -lar ən çox sənaye avtomatik dövrələrində istifadə olunurlar. Burada söhbət gedən sənaye avtomatik dövrələr sayğac, zaman relesi, kontakt, köməkçi rele kimi elementlərin yaratdığı dövrələrdir. Sənaye idarəetmə dövrələrini PMK- larla həyata keçirmək üçün birinci olaraq problemin həll olunması üçün lazımi məntiqi funksiyaların yaradılması və ikinci bu məntiq funksiya proqramının PMK- yə yüklənməsi lazımdır. PMK- ni proqramlaşdırmaq üçün iki üsuldan istifadə olunur. Birinci hər bir firmanın istehsal etdiyi PMK üçün xüsusi bir proqram, ikinci DOS və Windows mühitində hazırlanmış paket proqramlardır. Aşağıdakı şəkil 4.1. də PMK –nın struktur sxemi göstərilmişdir.
Şəkildən göründüyü kimi PMK giriş qurğusu, kontroller və çıxış qurğusundan ibarətdir. Bundan başqa PMK –nın proqramlaşması üçün əlavə proqramlayıcı qurğu(və ya personaı komputer) istifadə edilirr. Giriş qurğusuna açarlardan və sensorlardan məlumat daxil olur. Buradakı sensorlar, istiliyə həssas, səviyyə göstərən elementlər və s. ola bilər. Bu elementlər daha da genişləndirilə bilər. Çıxış qurğusu kimi isə bir mühərriki, nasosu və s. idarə edən kontakt sarğacı kimi idarə dövrələrinin əsas elementləri götürülə bilər.
Dostları ilə paylaş: |