Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə23/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
Avtomatlaşdırmanın əsasları müh

b) Çıxış qurğusu
Çıxış qurğusu idarə edilən sistemdəki kontaktoru və rele kimi elementləri idarə etmək üçündür. Bu qurğuda istifadə olunan elementlər rele, tranzistor, və simistor ola bilər. Bu elementlər idarə olunan sistemə görə dəyişir. PMK –nı çıxışları ilə bağlı məlumatlar (neçə amper ilə işlədiyi, hansı növ olduğu (tranzistor, rele vəs.)) ona aid sənədlərdə verilir. Məsələn, sürətli açıb bağlamaq lazım olan yerlərdə sabit cərəyan tranzistorları istifadə olunur. Dəyişən cərəyanda isə simistorlu çıxışlar istifadə olunur. Elektrik mühərriklərinin idarəsində istifadə olunan kontaktorların çoxu rele çıxışlı qurğulardır. Bundan başqa PMK-nin kontakt çıxışlı qurğusu 6A, simistor və tranzistor çıxışlı qurğusundan sadəcə 1 və ya 2A cərəyan keçə bilər (şəkil 4.5).
c) Taymer qurğuları
Kontaktlı idarə dövrələrində gecikmə əməliyyatı zaman releləri vasitəsilə həyata keçirilir. Adi zaman relesi, rele drosselinə gərginlik verməklə işləməyə başlayar. Birləşmə zamanı bitincə rele kontaktları vəziyyətini dəyişir. Bu arada birləşən zaman dolmadan rele drosselinə tətbiq olunan enerji kəsilsə, zaman relesi təkrarən əvvəlki vəziyyətinə geri dönər. PMK- larda isə taymer qurğular vardır. Bu qurğular proqramla işləyərək gecikməni təmin edir. Misal üçün Siemensin istehsal etdiyi S7-200 seriyalı PMK-larda 1 msn, 10 msn, 100msnlik gecikməni təmin edən TIMERl-ər vardır. Bu timerlərin sayı istifadə olunan CPU ya görə dəyişir. CPU 212-də 64 ədəd, CPU 214-də 128 ədəd, CPU 215 və CPU 216-da isə 256 ədəd timer istifadə olunur. Bu vəziyyət növbəti bölmədə daha geniş araşdırılacaq.
d) Əlavə qurğular.
Giriş və çıxış sayı idarə problemini həll edəcək qədər deyilsə, PMK sisteminə əlavə olaraq modullar qoşularaq cihazın tutumu genişlədilir. Misal üçün Simensin istehsal etdiyi S7-2000 seriyalı CPU 212 sadəcə 8 ədəd giriş və 6 ədəd çıxış kontaktına malikdir. Əgər CPU 212 istifadə olunduqda idarə olunmada problem yaranırsa və ya PMK bu sistemi həll etməkdə çətinlik yaranırsa, bu vəziyyətdə PMKyə yeni giriş və çıxış qurğuları əlavə olunur. Genişləndirilən giriş və çıxış qurğuları əlavə olunur. Genişləndirilən giriş və çıxış qurğuları PMK dən PMK yə görə dəyişir. Bu baxımdan hansı firmanın PMK-sinə əlavə qurğu artırılacaqsa, o firmanın istehsal etdiyi PMK nin təlimatı incələnərək əlavə olunmalıdır.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin