Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


TPAİS-də insan maşın qarışıqlı əlaqəsi



Yüklə 20,62 Mb.
səhifə24/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
Avtomatlaşdırmanın əsasları müh

TPAİS-də insan maşın qarışıqlı əlaqəsi
Maşın operator-texnaloq dialoq rejimi
Texnoloji kompleksinin optimal idarəetmə sisteminin strukturu iki səviyyədən ibarət təklif edilmişdir. (Sək.1) Birinci (aşağı) səviyyənin əsas vəzifəsi yuxarı səviyyədə alınan optimal həlli texnoloji proses üçün uyğun analoq siqnallara çevirməkdən ibarətdir. Bundan əlavə, sistemin aşağı səviyyəsi texnoloji informasiyanın yığımını və emalını, prosesə nəzarəti və yuxarı səviyyəyə cari informasiyanın təminatını həyata keçirir. Aşağı səviyyə birbaşa rəqəmli idarəetmə rejimində işləyir.
İdarəetmə sisteminin ikinci (yuxarı) səviyyəsinin əsas vəzifəsi cari situasiyalara adaptasiya edilmiş xətti və qeyri-xətti riyazi modellər kompleksi əsasında texnoloji proses üçün optimal iş rejimlərini müəyyən etməkdən ibarətdir. Eyni zamanda yuxarı səviyyədə həmçinin modellərin identifikasiyası və cari situasiyalara adaptasiya olunması kimi məsələlərin həllidə yerinə yetirlir.



Hər iki səviyyədə EHM-in və operator-texnoloqun funksiyalarını nəzərdən keçirək.
Aşağı səviyyədə EHM verilmiş alqoritimlər üzrə texnoloji pametrləri tənzimləyir, informasiyanın yığımını və emalını həyata keçirir. Displeyin və digər quruluşların köməyi ilə operator-texnoloqu prosesin gedişi barəsində məlumatlandırır. Operator-texnoloq bu informasiyanı maşından qəbul edərək zəruri hallarda idarəetmə prosesinə müəyyən dəyişikliklər edir. Dialoq idarəetmə sisteminin strukturu

Şək.1.2 Dialoq idarəetmə sisteminin strukturu


Yuxarı səviyyədə EHM idarəetmə prosesinə görə müxtəlif hesablama əməliyyatlarını həyata kecirir. Statistik modellərin bazası əsasında maşın prosesin iş rejiminin müxtəlif variyantlarını tapır. Operator- texnoloq isə texnoloji situasiyanı və ya digər faktorları analiz edərək proses üçün ən əlverişli rejimi seçir və son qərarı (həlli qəbul edir). Bundan əlavə, yuxarı səviyyədə EHM fasiləsiz olaraq statistik modellərin əmsallarını korreksiya edir, yəni modellərin cari texnoloji situasiyalara adaptasiyasını həyata keçirir. Operator- texnoloq isə optimizasiya məsələsinin həllindən əvvəl modellərin cari vəziyyətini analiz edir. Belə kı, operator- texnoloq mövcud şəraiti nəzərə alaraq idarəetmə sisteminə hər hansı bir yeni model daxil edə, hər hansı bir modeli sistemdən xaric edə və ya hər hansı bir modeli yenisi ilə əvəz edə bilər.


İdarəetmə sistemi ilə operator- texnoloq arasındakı dialoq displeyin köməyi ilə həyata keçirilir.
Dialoq sistemi aşağıdakı imkanları özündə əks etdirir: Tənzimləmə dövrələrində parametrlərin korreksiya olunması və dəyişdirilməsi; yeni tənzimləmə dövrələrin qoşulması və ya onlardan bəzilərinin sistemdən xariç olması; tənzimləmə dövrələrinin strukturunun dəyişdirilməsi; sistem və proses haqqında istənilən informasiyanın alınması; obyektin dinamik modellərinin identifikasiyası; informasiyanın yığımı; Tapşırığın azaldılması və ya artırılması, optimizasiya məsələlərinin həlli və s.
Dialoq sisteminin üstün cəhətlərindən biri də odur kı, Yuxarı səviyyədə EHM-in köməyi ilə alınan optimizasiya məsələsinin həllinə operator- texnoloq yalnız zəruri hallarda ( məs. Zavod rəhbərliyindən hər hansı bir sifariş daxil olarsa, bu və ya digər səbəbdən qurğunun optimal rejimi pozularsa vəs.) müdaxilə edir. Belə bir müdaxilə olmadıqda isə əvvəlçədən seçilmiş rejimə əsasən sistem özü vaxtaşırı riyazi modellərin adaptasiyasını və optimizasiya məsələsinin həllini həyata keçirir.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin