Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Termoelektrik çeviricilərin sərbəst uclarında temperatur düzəlişi



Yüklə 20,62 Mb.
səhifə27/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Termoelektrik çeviricilərin sərbəst uclarında temperatur düzəlişi:
Əgər sərbəst uclardakı t0 temperatur sıfırdan fərqlənirsə və işçi ucların temperaturu t olarsa, onda ölçü cihazının göstərişi genrasiya olunmuş hala uyğun gələr, onda belə halda termo EHQ-nin qiyməti aşağıdakı düsturla təyin oluna bilər:
EAB(t0, t'0) = eAB(t) - eAB( t'0) (2.10)
Dərəcələnmə cədvəlində və qrafikində (şəkil 2.2) qeyd edildiyi kimi termo EHQ-nin temperaturdan asılılığı göstərilən şərtə uyğundur, yəni TEÇ-nin sərbəst uclarının temperaturu sıfıra bərabərdir.
Termoelektrik termoçevricinin sərbəst uclarında
temperatur düzəlişini əks etdirən qrafik

Şəkil 2.2
Əgər ölçmə prosesində bu şərt saxlanılırsa, onda:
EAB(t, t0) = eAB(t) - eAB(t0)
Bu tənlikdən (2.10) çıxsaq, onda:
EAB(t, t0) = EAB(t, t'0) + [eAB(t'0) – eAB(t0)]
və yaxud:
EAB(t, t0) = EAB(t, t'0) + EAB(t'0, t0)
Burada EAB(t'0, t0) TEÇ-nin sərbəst uclarının ölçdüyü t'0 temperaturunun qiymətinə düzəliş sayılır. Əgər t0 > t0 = 0 olarsa, onda EAB(t'0, t0) tapılan qiyməti cihazın ölçdüyü EAB(t, t'0) qiymətinə əlavə olunur, amma t'0 < t0 = 0 olarsa, onda EAB(t'0, t0) tapılan qiymətdən EAB(t, t'0) qiymətini çıxırlar. Nəticədə alınan qiymətə görə ya dərəcələnmə cədvəlindən və yaxud qrafikdən (şəkil 2.2) t temperaturunun həqiqi qiyməti tapılır.


Termocüt kabeli əsasında hazırlanmış
ümumsənaye təyinatlı termoelektrik çeviricilər
Hazırda Rusiya Federasiyasında «Tesa» şirkətinin istehsal etdiyi bu cür termocütlər bütün atom elektrik stansiyalarında, sənaye obyektlərində və elmi-texniki sahələrdə temperatur ölçmək üçün istifadə edilir (bax: şəkil 2.3).

Şəkil 2.3.


1-termoelektrod naqili; 2-kabelin örtüyü;
3-mineral mühafizə; A-A-kəsiyi.
Bu cür termocütlərin hazırlanması və sənaye istehsalı elə təşkil edilmişdir ki, onlar indiyə kimi məlum olan bütün məşhur istehsalçıların istehsal etdikləri termocütləri əvəz edir.
Təklif olunan termocütün həssas elementi (h.e.) xromel-alümel, xromel-kopel elektrodlarından və mineral örtüyü olan KTMS-XA (XK) tipli termocüt kabelindən hazırlanmışdır.
Bu cür termoelektrodların həssas elementi işçi şalbanbaşı (tores) ilə bir-birinə lazer qaynağı vasitəsilə qaynaq edilmişdir.
Termocüt istehsalı prosesində termocüt kabeli materialından və lazer texnologiyasından istifadə edilməsi həmin termocütlərin mövcud istehsalçıların istehsal etdikləri termoçeviricilərlə müqayisəli sınağı onların mövcud termocütlərdən qat-qat üstün olmalarını təsdiq etmişdir.
Belə ki:

  • işçi şəraitlə müqayisədə termoelektrik sabitliyi və işləmə müddəti 2-3 dəfə yuxarıdır;

  • çətin quraşdırıla bilən yerdə onu əymək, döşəmək və yaxud hər hansı bir səthin üzərinə sıxmaq, yapışdırmaq yolu ilə temperaturu ölçmək olar;

  • qoruyucu köynəklərdə olan blok-modullu işçi termoçeviricilər mühitin təsirindən qorunmaq imkanına malikdir və onların həssas elementlərini operativ dəyişmək olar;

  • istilik ətalət göstəricisi çox kiçik olduğuna görə onlardan tezaxımlı proseslərin temperaturunun ölçülməsində istifadə etmək olur;

  • müxtəlif istismar şəraitində istifadə üçün universaldır, az material tutumludur və yaxşı istehsal texnologiyasına malikdir.

Termocütlərin mövcüd termocütlərlə müqayisəli sınağı göstərdi ki, termocüt kabelindən hazırlanmış KTXA tipli termocüt 10.000 saat müddətində 800°C-də olan mühitdə istismar olunarkən onun EHQ-nin istilik təsirindən yayılması (dreyfi) 80-83 mkV-a bərabərdir. Halbuki mövcud adi 0,7 mm elektroda malik olan XA tipli termocüt isə həmin şəraitdə 200 mkV EHQ-nə malikdir.
Beləliklə:

  • termocüt kabelindən hazırlanmış termocütlərin stabilliyini təmin edən cəhət onu işçi mühitin təsirindən təcrid edən əlavə qoruyuculara malik olmasıdır;

  • çoxlu sayda sökülmüş kiçik qabaritli həssas elementləri eyni zamanda yoxlamaq mümkün olur;

  • kabel teromocütlərinin yalnız qoruyucu köynək-lərinin və ya həssas elementlərinin ayrı-ayrılıqda dəyişdirilməsi mümkün olduğuna görə onların istehlakçılar tərəfindən alınıb istehsalata tətbiq edilməsini daha da asanlaşdırır.

KTXA-01.06/01/08 tipli 1100°C-dən yüksək temperaturu ölçən termoçeviricilər üçün qoruyucu köynəklər istiyədavamlı poladdan hazırlanır.
Belə termocütlər domna sobalarında 14 ay müddətində istismar olunaraq sınaqdan keçirilmiş və onlara istehsalata yararlı olması haqda sertifikat verilmişdir.
KTMS-XA (XK) tipli termocüt kabelinin quruluş sxemi şəkil-2.3-də, texniki xarakteristikası isə cədvəl 2.1- də verilmişdir (TU 16-505.757-75).

Cədvəl 2.1



Parametrlər

Kabelin çöl örtüyünün diametri üçün
parametrlərin qiyməti

1.0

1.5

3.0

4.0

4.6

5.0

6.0

Termoelektrod-ların sayı

2

2

2

2

2

2

2

Elektrodların nominal en kəsikləri, mm2

0.03

0.06

0.30

0.50

0.44

0.60

0.90

Elektrodların diametri, mm

0.2

0.27

0.65

0.85

0.75

0.90

1.08

Örtüyün qalınlığı, mm

0.15

0.25

0.35

0.52

0.35

0.62

0.75




Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin