Avtomatlaşdırma vasitələrinin təminat alt sistemləri Avtomatlaşdırma vasitələrinin texniki və proqram kimi iki təminat alt sistemlərinin olması qəbul edilmişdir. Proqram vasitələri – hər hansı informasiya daşıyıcısında yazılmış ilkin informasiyanın işlənilməsi və ya idarəetmə məqsədlərini həyata keçirir.
Avtomatlaşdırmanın texniki vasitələri bir qayda olaraq universal element vasitələri bazasında həyata keçirilir (mikroprosesorlar, yaddaşquruluşları və rəqəmli texnikanın başqa elementləri) Universal vasitələrlə yanaşı xüsusi vasitələrdəndə istifadə edilir. Bunlara aid cihazlar (avtomatlar).
Bu texniki vasitələr sinifinə əsasən ilkin çevricilər və Avtomatlaşdırma obyektləri ilə bilavasitə əlaqədə olan icra mexanizimləri aiddir.
Avtomatlaşdırma texnologiyası son məhsulun məqsədi ilə xarakterizə olunur. (verilmiş istismar xərclərini ödəyən avtomatlaşdırmanın məqsəd və vəzifələrini təmin edən informasiya və ya idarəedici sistem) Avtomatlaşdırmanın təşkilatı baxımından qurulmasının texnologiyası özündə aşağıdakı mərhələləri birləşdirir: Texniki tapşırığın işlənilməsi, eskiz,texniki və işçi layihələrin hazırlanması, sınaq mərhələsinin aparılması və avtomatlaşdırmaya aid son məhsulun sifarişçiyə təhvil verilməsi. Hər bir mərhələnin məzmunu və tərkibi müvafiq normativ sənədlərlə təyin olunur.
Avtomatlaşdırmanın əsas prinsipi Avtomatlaşdırma obyekti ilə onun idarəedilməsi üçün layihələndirilən informasiya və idarəedici sistemlərin qarışıqlı münasibətlərinə maksimal sürətdə nail olmaqdan ibarətdir. Avtomatlaşdırma texnologiyasında ən mürəkkəb və vacib məsələ avtomatlaşdırmanın keyfiyyət baxımından qiymətləndirilməsindən ibarətdir.
Avtomatlaşdırmanın keyfiyyəti informasiya və ya idarəedici sistemin istismarı zamanı onun funksional və istismar göstəricilərini ək etdirən çoxlu sayda meyarlarla xarakterizə olunur. Bu sistemlərin funksional baxımından işləmə qabiliyyəti dinamik göstəricilərlə ( dayanıqlığı cəld işləməsi və s.) dəqiqlikləri isə hesablama üsulları ilə aparılmaqla sınaq və istismara verilmə zamanı əldə edilmiş göstəricilər əsasında eksperimental yolla təsdiqlənir. İstismar qabiliyyəti – etibarlıq, istismar edilmə müddəti, təhlükəsizliyi xarakterizə edən göstəricilərlə xarakterizə olunmaqla ayrı-ayrı tərtibatlar səviyyəsində hesabatlarla və təcrübi yolla aparılır.
Avtomatlaşdırma sistemlərinin keyfiyyətini qiymətləndirmək üçün iki yanaşmadan istifadə olunur: Funksional və istismar qabiliyyətini xarakterizə edən göstəricilərin analizi və təhlilini aparmaqla, texniki və iqtisadi göstəricilərə əsaslanmaqla təhlil etməklə.