Platin elektrik müqavimət termometrləri. Onların həssas elementləri diametri 0,05-0,07 mm olan platin naqildən hazırlanır. Bu elektrik müqavimət termometrləri ilə -40°C-dən 750°C hədlərində dəyişən temperaturları ölçürlər. Platin naqillər üçün α = 3,9x10-31/°C. Platin elektrik müqavimət termometrləri vəzifələrindən asılı olaraq üç əsas qrupa bölünür: etalon, nümunəvi (1-ci və 2-ci dərəcəli) və işçi. İşçi termometrlər də öz növbəsində laboratoriya və texniki termometrlərə bölünür.
Platin elektrik müqavimət termometrlərinin 0÷650°C hədlərində müqavimətinin dəyişməsi aşağıdakı ifadə ilə təyin olunur:
Rt = R0(l + at + bt2) (2.13)
-40 ÷ 0°C hədlərində isə:
Rt = R0 [1+at + bt2 + c(t-100)t3] ( 2.14)
burada Rt və R0 - t və 0°C-də platinin müqaviməti; a, b, c - sabit əmsallardır.
Şəkil 2.5.
Müqavimət termometri ilə temperaturun ölçülmə sxemi; b) Termometrlərin statik xarakteristikası.
Bu əmsalların qiyməti dərəcələnmə vaxtı, oksigenin, kükürdün və suyun qaynama tempera-turuna əsasən təyin edilir. α = 3,96847xl0-3 1/°C; b = 5,847xl0-7 1/°C; c = 4,22x10-12 1/°C.
Tənliklərdən - (2.13) və (2.14)-dən göründüyü kimi, platin müqavimət termometrlərinin müqavi-mətinin temperaturdan asılılığı qeyri-xəttidir.
Platin elektrik müqavimət termometrlərinin xətti xarakteristikadan meyl etməsi 0÷500°C-də 5%-dən və -40÷0°C-də isə 19%-dən çox olmur.
Cədvəl 2.2
Tipi
|
Müqavimətin nominal qiyməti
|
Dərəcə-lənməsi
|
Ölçmə diapa-zonu, °C
|
0°C-də
|
100°C-də
|
TSP (platin elektrik müqavimət termometri)
|
10
|
13.91
|
Dr.20
|
0-650
|
40
|
63.99
|
Dr.21
|
-40-500
|
100
|
130.10
|
Dr.22
|
-40-500
|
Platin elektrik müqavimət termometrlərinin dərəcələnməsi üçün standart təsdiq edilmişdir. Təsdiq edilmiş bu standarta görə, platin elektrik müqavimət termometrlərinin əsas parametrləri və dərəcələnmə qiymətləri cədvəl 2.2-də göstərilmişdir.
Dostları ilə paylaş: |