Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mis elektrik müqavimət termometrləri



Yüklə 20,62 Mb.
səhifə31/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mis elektrik müqavimət termometrləri. Onların həssas elementləri diametri 0,1 mm olan mis naqildən hazırlanır. Bu elektrik müqavimət termo-metrləri ilə -50÷180°C hədlərində dəyişən tempera-turları ölçürlər. Göstərilən geniş intervalda misin elektrik müqavimətinin temperaturdan asılılığı aşağıdakı ifadə ilə təyin olunur:
Rt = R0 (1 + αt) (2.15)
burada Rt və R0 – mis müqavimət termometrinin t və 0°C temperaturundakı müqaviməti; a –mis müqavimət termometrinin hazırlandığı materialın elektrik müqavimət temperatur əmsalıdır. α = 4,25 x 10-3 – 4,28 x 10-3 1/°C hədlərində dəyişir.
Mis elektrik müqavimət termometrlərinin əsas parametrləri və dərəcələnmə qiyməti göstərilmişdir.
Nikel elektrik müqavimət termometrləri. Onlarla -10°C -200°C-yə qədər temperaturları ölçmək olur. Nikelin müsbət cəhəti onun yüksək müqavimət temperatur əmsalına (α = 6,2 x 10-3 – 6,34 x 10-2 1/°C) və nisbətən böyük xüsusi müqavimətə malik olması (ρ = 0,118–0,138 ), mənfi cəhəti isə nisbətən yüksək temperaturlarda oksidləşməsi, çətinliklə təmiz halda alınması, elektrik müqavimət temperaturdan asılılığının qeyri-xətti olmasıdır. Bu asılılıq aşağıdakı tənliklə ifadə edilmişdir:
Rt = R0 (1 + αt – βt2) (2.16)
Burada α = 5,86 x 10-3 1/°C; β = 8,10 1/°C.


Termocüt kabelləri əsasında hazırlanmış
TSMT (mis) və TCPT (platin)
müqavimət termometrləri
Müqavimət termometrlərinin iş prinsipi, şəkil 2.5-də göstərildiyi kimi, bir neçə naqillərin və ya yarımkeçiricilərin müqavimətinin temperaturdan asılı olaraq dəyişməsinə əsaslanır. Müqavimət termometr-ləri ilə temperaturun ölçülmə sxemi şəkil 2.5-də verilmişdir. Burada 1 müqavimət termometri, 2 birləş-dirici naqil, 3 ölçü cihazı, 4 isə elektrik qida mənbəyidir.
Müqavimət termometrlərindən temperatur ölçən cihazın həssas elementi kimi istifadə edilir, onlar termocüt kabellərindən (naqillərdən) hazırlanır. Müqavimət termometrlərinin çıxış kəmiyyəti elektrik müqavimətidir. -50°C-dən +500°C qədər temperatur-ların ölçülməsində istifadə olunan müqavimət termometrlərinin naqillərində temperatur artarkən müqaviməti də artmağa başlayır. Ümumi götürəndə bu asılılıq xəttidir. Müqavimət termometrlərinin statik xarakteristikaları şəkil 2.5 b-də verilmişdir. Mis müqavimət termometri üçün gücləndirmə əmsalı R=0,225 Om/°C, platin müqavimət termometri üçün isə gücləndirmə əmsalı θ = 0,18 Om/°C.
TSMT tipli müqavimət termometrlərin tempera-tur ölçmə diapazonu, °C ilə uyğun olaraq, (-50)-dən (+180) qədərdir, TSPT tipli müqavimət termometr-lərinin temperatur ölçmə diapozonu isə °C ilə (-50-dan +500) kimidir. Hər iki müqavimət termometr-lərinin müqaviməti °C-də 40 Om-dan aşağı olmamalıdır.
Ölçü cihazları müqavimət termometrlərinə mis elektrik naqilləri ilə birləşdirilir.
Müqavimət termometri vasitəsi ilə temperaturu ölçmək üçün ölçü cihazı kimi elektron körpülərindən istifadə edilir. Neftayırma zavodlarında əsasən elektron körpülərdən istifadə olunur. Elektron körpünün iş prinsipi verilmişdir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin