Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə33/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Müvazinətsiz körpülər
Müvazinətsiz körpünün prinsipial sxemi verilmişdir.
Elektrik müqavimət termometri ilə işləyən müvazinətli körpünün prinsipial sxemi

Şəkil 2.8
Bu körpünün üç qolu R1, R2 və R3 - sabit müqavimətlər, dördüncü qolu Rt –elektrik müqavimət termometri, R4- nəzarət müqaviməti Rp- tənzimedici reostat, E- cərəyan mənbəyi və mv- şkalası temperatur dərəcələrinə görə dərəcələnmiş millivoltmetrdir. Körpünün R1, R2 ,, R3 və R4 - müqavimətləri elə seçilməlidir ki, şkalanın başlanğıcında qeyd edilən temperaturda körpü müvazinətdə olsun. Belə halda millivoltmetrdən cərəyan keçmir və əqrəb şkalanın sol kənar vəziyyətində dayanır. Elektrik müqavimət termometrinin temperaturu dəyişən kimi körpünün müvazinəti pozulur, millivoltmetrdən cərəyan axır və əqrəb sağa hərəkət edir. Əqrəbin sağ tərəfə hərəkət yolu millivoltmetrdən keçən cərəyan şiddətinə mütənasibdir. Əqrəbin şkala üzərində dayandığı nöqtə ölçülən temperaturun qiymətini göstərir.
Temperatur, yalnız sabit qiymətli gərginlikdə dəqiq ölçülə bilər. Bu isə R4 nəzarət müqaviməti vasitəsilə yoxlanılır. Həmin müqavimət A açarının yerini dəyişdirməklə elektrik müqavimət termometri əvəzinə körpü dövrəsinə daxil edilir. Nəzarət müqaviməti və R4 körpü dövrəsinə qoşulduqda əqrəb şkala üzərində cızılmış xətt üzərində durmalıdır. Əks halda əqrəb uyğun vəziyyətə gələnə qədər Rb tənzimləyici reostatın sürüngəcini hərəkət etdirmək lazımdır. Bundan sonra elektrik müqavimət termometri yenidən dövrəyə qoşulur.
Ölçmənin qiymətinin düzgün olması ücün ab nöqtələrindəki potensiallar fərqi Uab sabit olmalıdır. Uab sabit saxlanması olmalıdır Rp reostatı vasitəsilə yerinə yetirlir. Uab – nin qiymətini həmişə sabit saxlamaq lazım gəldiyindən bu körpüdən laboratoriya şəraitində temperaturun ölçülməsində və müxtəlif tipli çevricilərdə elecə də analizatorlarda istifadə edilir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin