Sabit cərəyanla işləyən potensiometr Kompensasiya dövrəsində sabit cərəyana malik olan potensiometrin prinsipial sxemi verilmişdir. Həmin sxemdə üç elektrik dövrəsi vardır. Cərəyan mənbəyi (kompensasiya) dövrəsi, normal element dövrəsi və termocüt dövrəsi.
Cərəyan mənbəyi dövrəsinə cərəyan mənbəyi tənzimləyici müqavimət (reostat) , sabit müqavimət və reoxord müqaviməti daxildir. Normal element dövrəsinə normal element , sabit müqaviməti və sıfır cihazı daxildir. Termocüt dövrəsinə termocüt , sıfır cihazı və reoxord müqavimətinin bir hissəsi daxildir.
Sabit cərəyana malik olan potensiometrin
prinsipial sxemi
Şəkil 2.8
Normal elementin e.h.q-si sabit olub, vəzifəsi reoxordun kənar ucları arasındakı potensiallar fərqinə nəzarət etməkdir. Ölçmə aparılan zaman əvvəlcə E elementinin cərəyanı standartlaşdırılır. Bunun üçün A açarı “H” nəzarət vəziyyətinə keçirilir. Bu zaman HE - nin və E - nin e.h.q-ləri qarşı-qarşıya yönəldilmiş olur. reostatı vasitəsilə kompensasiya dövrəsində cərəyan tənzimlənərək elə vəziyyət yaradılır ki, -nin uclarındakı potensiallar fərqi - nin e.h. q-nə bərabər olur. Normal element dövrəsində cərəyan sıfıra bərabər olacaqdır. Sıfır cihazının SC əqrəbi şkalanın “0” nöqtəsində duracaqdır. Bu səbəbdən kompensasiya dövrəsində cərəyan
(1)
olacaqdır. Bundan sonra A açarı “Ö” ölçmə vəziyyətinə keçirilir. Bu zaman TC -nin t.e.h.q-si E-nin e.h.q-nin əks istiqamətində təsir edəcəkdir. D sürüngəcini hərəkət etdirərək elə bir vəziyyət tapılır ki, B və D nöqtələri arasındakı potensiallar fərqi - nün t.e.h.q-nə bərabər olur.
(2)
Onda termocüt dövrəsində cərəyan sıfır olur. SC-nın əqrəbi şkalanın sıfır nöqtəsi üzərində durur. (2) ifadəsindən görürük ki, ölçülən t.e.h.q müqavimət hissəsindən asılıdır. Kompensasiya üsulu ilə t.e.h.q ölçülərkən termocütün dövrəsində cərəyan olmur. Bu səbəbdən dövrənin müqaviməti (termocütün, birləşdirici naqillərin və sıfır cihazının) və eləcə də onun temperaturdan asılılığı ölçmə dəqiqliyinə təsir göstərmir. Bu kompensasiya üsulu ilə t.e.h.q-nin ölçülməsinin müsbət cəhətlərindən biridir. İkinci müsbət cəhəti isə potensiometrin müqavimətinin, manqandan hazırlandığına görə praktik cəhətdən elektrik müqaviməti temperatur əmsalına malik olmamasıdır.