Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


B. Ölçdükləri kəmiyyətin növünə görə



Yüklə 20,62 Mb.
səhifə37/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   58
Avtomatlaşdırmanın əsasları müh

B. Ölçdükləri kəmiyyətin növünə görə
təzyiq ölçən cihazlar

      1. Manometrlər - izafi və mütləq təzyiqləri;

      2. Vakuummetrlər - seyrəkliyi (vakuumu);

      3. Manovakuumetrlər - izafi təzyiqi və seyrəkliyi;

      4. Dartı ölçənlər (mikromanometrlər) - kiçik seyrəkliyi;

      5. Dartı-basqı ölçənlər (mikromanometrlər) - kiçik təzyiqləri və seyrəklikləri;

      6. Basqı ölçənlər (mikromanometrlər) - kiçik izafi təzyiqləri;

      7. Diferensial manometrlər - təzyiqlər fərqini;

      8. Barometrlər - barometrik təzyiqləri ölçmək üçün istifadə edilir.

Hazırda 10-12 ÷1011 Pa diapazonunda çeşidli təzyiq ölçən cihazlar parkı mövcuddur.
Bundan sonrakı bölmələrdə (3.3, 3.4, 3.5) texnoloji qurğularda geniş miqyasda istifadə edilən işçi təzyiq ölçən cihazlar haqda məlumat verilir.


Mayeli manometrlər
Mayeli manometrlərin iş prinsipi ölçülən təzyiqin, maye sütununhidrostatik təzyiqi ilə tarazlaşmasına əsaslanmışdır. Bu cihazlarla izafi təzyiqi, seyrəkliyi və təzyiqlər düşküsünü ölçmək olur.
Mayeli manometrlərin ən geniş yayılanı - şəkilli manometrlərdir. (Şəkil 3.1).
-şəkilli manometr

Şəkil 3.1
1-şüşə boru; 2- lövhə; 3-şkala
Manometrin şüşə borusu işçi maddə (civə, spirt, su) ilə doldurulur. Acıq qoldakı mayenin hidroststik təzyiqi, digər qoldakı təzyiqlə müvazinətləşdikdə sistem müvazinətdə olur:


(1)

Burada mütləq təzyiq, Pa; baramotrik təzyiq, Pa; şəkilli borunun en kəsik sahəsi, ; dirsəklərdəki maye səviyyələri fərqi və ya qərarlaşmış maye sütunu, ; işçi mayenin sıxlığı, , sərbəst düşmə təcilidir .



  1. ifadəsindən

(2)
və yaxud
(3)
Manometrin əlaqədar olduğu mühitin təzyiqi, atmosfer təzyiqindən aşağı olarsa, manometrin
borusunda maye əks istiqamətdə hərəkət edəcək və maye sütunu seyrıkliyi(vakuumu) göstərəcəkdir. Bu manometrin ölçü həddi işçi mayedən və borunun uzunluğundan asılıdır. -şəkilli manometrlərlə təzyiqlər fərqi ölçülərsə, onda borunun uclarına və təzyiqləri verilir. Onda
(4)
Bəzən diferensial manometrlərdə işçi mayenin üzərində hava və ya qaz əvəzinə başqa maye (və ya kondensat) ola bilər. Onda təzyiqlər fərqi aşağıdakı ifadədən təyin edilir:
(5)
;
Burada işçi maye üzərində olan mayenin sıxlığıdır,



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin