Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 12 SƏVİYYƏ ÖLÇƏN CİHAZLAR



Yüklə 20,62 Mb.
səhifə43/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 12


SƏVİYYƏ ÖLÇƏN CİHAZLAR
Səviyyə ölçən cihazlar haqqında ümumi məlumat
Aparatda (tutumda) olan mayenin miqdarını və ya həmin mayenin səviyyəsini təyin etmək üçün onun tutumundakı səviyyəsini ölçürlər. Hər iki halda səviyyəölçən cihazlar ölçü üsullarına görə müxtəlif ola bilərlər. Birinci halda mayenin miqdarını aparatın həndəsi ölçülərinə görə təyin edirlər. Bu halda səviyyənin vəziyyəti böyük həddə, ikinci halda isə kiçik həddə dəyişə bilər. Buna görə də ölçü üsulları və eləcə də cihazların quruluşları, dəqiqliyi və həssaslığı qarşısında müxtəlif tələblər qoyulur.
Yuxarıda qeyd etdiklərimizə əsasən, səviyyə-ölçənləri iki əsas qrupa ayırmaq olar: kiçik diapazonlu səviyyəölçənlər, böyük diapazonlu səviyyəölçənlər.
Birinci qrup səviyyəölçənlərdə səviyyənin normal hündürlüyünə uyğun sıfır nöqtəsi şkalanın ortasında olur.
İkinci qrup səviyyəölçənlərdə birtərəfli şkala vardır. Bu halda şkala üzrə səviyyənin hündürlüyü əvəzinə səviyyə ölçülən aparatda olan maddənin həcmi göstərilir.
Səviyyəölçən cihazların təsnifatı onların ölçmə üsullarına və icra mexanizmi ilə əlaqəsinə (çıxış siqnallarının təsirinə) görə aparılır. Səviyyəölçən cihazları ölçmə üsullarına görə aşağıdakı qruplara ayırmaq olar: vizual şüşə səviyyə göstəricilər; üzgəcli; elektrik; ultrasəs, radioizatop.
Bu bölmədə yalnız neftayırma zavodlarında geniş miqyasda istifadə olunan müasir səviyyə-ölçənlərin iş prinsipi ilə tanış olacağıq.


Şüşə səviyyəgöstəricilər.
Şüşə səviyyəgöstəricilər birləşmiş qablar prinsipində işləyir. Şüşə səviyyəgöstəricilər vasitəsilə həm açıq, həm də təzyiq altında olan aparatlarda səviyyəni ölçmək olar. Açıq aparatlarda səviyyə ölçülərkən şüşə səviyyəgöstəricilərinin yalnız aşağı hissəsi aparatla birləşdirilir (1a). Təzyiq altında olan aparatlarda səviyyə ölçülərkən şüşə səviyyəgös-təricinin hər iki ucu aparatla birləşdirilir (1b). Geniş diapazonda dəyişən səviyyənin ölçülməsi.



Şəkil



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin