Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Radioizotop səviyyəölçənlər



Yüklə 20,62 Mb.
səhifə46/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Radioizotop səviyyəölçənlər
[Fransa - BERTHOLD]
Radioizatop səviyyəölçən cihazlar vasitəsi ilə texnoloji proseslərin idarə edilməsində daxilində mayenin səviyyəsi çətin ölçülən qapalı aparatlarda yüksək temperatur və təzyiqə malik olan ya aqressiv mayenin, ya da dənəvər maddələrin səviyyəsi ölçülür.
Radioizatop səviyyəölçənlərin iş prinsipi radioizatop şüalanmasının, səviyyəsi ölçülən maddə ilə qarşılıqlı təsiri zamanı yaranan intensivliyin ölçülməsinə əsaslanır. Maddə qatından keçən qamma (γ) şüaların intensivliyi aşağıdakı asılılıqla ifadə olunur:
jx = j0 · e-μx (5.3)
burada jx - maddə qatından keçən şüanın intensivliyi; j0 - şüanın başlanğıc intensivliyi; μ – γ şüalarının zəifləmə əmsalıdır (bu əmsal maddə qatının xassəsindən və qalınlığından asılıdır).
Burada səviyyə radioizotop maddələrin şüalandırma və şüaların əksetmə üsullarına görə ölçülür. Şüalandırma üsulunda səviyyəyə nəzarət etmə radioaktiv şüaların ölçülən mühit tərəfindən udulmasının müxtəlifliyinə əsaslanır.
Şüaların əksetmə üsulunda səviyyəyə nəzarətetmə mühitlərin radioaktiv şüaları əksetmə xassələrinin müxtəlif olmasına əsaslanır. Şüalandırma üsuluna əsaslanan radioaktiv səviyyəölçənlər stansionar və izləyici olur. Stansionar səviyyəöl-çənlərdə səviyyənin fasiləsiz ölçülməsi hərəkətsiz vericinin şüaqəbuledicidə ölçülən mühütdən keçən şüaların intensivliyini ölçməklə əldə edilir.
İzləyici səviyyəölçənlərdə isə verici və qəbuledici, səviyyənin dəyişməsindən asılı olaraq, yerini sinxron dəyişir. Qeyd etmək lazımdır ki, neftayırma zavodlarında adətən stasionar radioizotop səviyyəölçənlərdən istifadə edilir (şəkil 5.4).



Şəkil 5.4.
Bu cür stasionar radioizotop cihazlardan, Fransanın «Berthold» firmasının istehsalı olan LB3121 tipli vericisi (detektoru) olan izotop səviyyə vericilərdən katalitik krekinq qurğusunun regene-rasiya bölməsindəki tutumlarda katalizatorun səviyyəsini ölçmək üçün istifadə edilir. Onlar özündə bir ədəd radioaktiv mənbəyi və γ şüalar deteksiya sistemini birləşdirir.
Bu sistem radioaktiv şüa mənbəyindən, mənbəyin gövdəsindən, verici detektordan (şüa qəbuledicisindən), operator otağında mərkəzi nəzarət lövhəsinin arxasında yerləşdirilən elektron gücləndiricidən, radioizotop mənbəyi tənzimləyən və zəifləməsini kompensasiya edən avadanlıqlardan, ikiqat reversiv reledən ibarətdir.
LB 3121 tipli detektorlu izotop səviyyəölçənlərin radioaktiv mənbəyi qəbuledici detektoru səviyyəsinə nəzarət olunacaq tutumda tələb olunan hündürlükdə bir-birinə əks olan bir ox istiqamətində quraşdırılır (şəkil 5.4).
Yuxarıda qeyd edildiyi kimi, bunkerdə (tutumda) katalizatorun səviyyəsi şüalanma mənbəyi ilə qəbul detektorunun səviyyəsinə çatdıqda qəbuledici detektorun girişində intensivlik dəyişir. Bu zaman qəbuledici detektorunun girişinə verilən siqnalla dayaq gərginliyi arasındakı tarazlıq pozulur. Nəticədə qəbuledici detektorun çıxışında alınan impuls elektrik siqnalları ikinaqilli kabel vasitəsilə elektron gücləndiricisinə və oradan isə reversiv kontaktları olan releyə verilir. Relenin çıxış kontaktlarında yaranan (0-5) mA və yaxud (4-20) mA elektrik cərəyan siqnalını iki naqil vasitəsilə ya ikinci elektron cihaza, ya da EHM-nin girişinə verirlər.
Yuxarıda adları çəkilən elektron quruluşlarının iş prinsipi 3-cü bölmədə verilmişdir.
Qeyd etmək lazımdır ki, LB 3121 tipli izləyici izatop səviyyəölçənlərin ölçü diapazonu (0-40) metr, dəqiqlik sinfi isə 1 mm-dir.
Stasionar izotop səviyyəölçənlər isə bunkerin aşağı hissəsindən (0 bölgüsündən) yuxarıya doğru - (10; 40; 60) metr hündürlükdə quraşdırılmışdır. Dəqiqliyi 1,5 mm-dir.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin