Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə57/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   58
Avtomatlaşdırmanın əsasları müh

Porşenli icra mexanizmi


Porşenli icra mexanizmində dartınmanın və hərəkətin yaranması üçün hava təzyiqi silindirdəki porşenə təsir edir. Porşenli icra mexanizmi ştokun böyük yerdəyişməsini təmin edir, bu halda silindrin uzunluğuna praktiki olaraq məhdudiyyət qoyulur.


Porşenli icra mexanizmindən uzaq məsafələri qət etmək lazım olan işlərdə istifadə edilir. Sənaye sahələrində qapayıcının seçilməsi hava və qaz axınlarının idarə edilməsi üçün istifadə edilir. Porşenli icra mexanizminin daxili quruluşu şəkil 8.4-də göstərilmişdir.



Şəkil 8.4. Porşenli icra mexanizminin daxili quruluşu




Bu mexanizmin tərkibinə daxildir:


1) silindr; 
2) silindiri hermetik bağlayan iki qapaq; 
3) silindirə iki portdan keçərək daxil və xaric olan sıxılmış hava;
4) silindirin daxilində hərəkət edən porşen;
5) porşenin ştoku - idarəetmə orqanı ilə porşeni birləşdirir.
İş prinsipi:
Birinci porta verilən hava təzyiqinin təsiri altında porşen hərəkət edir. Atmosfer ilə birləşən porşenin əks tərəfində hava kanalı yerləşir. Bu zaman porşenin digər tərəfində olan hava atmosferlə birləşdirilmiş hava kanalı vasitəsilə kənarlaşdırılır. Porşenli icra mexanizmi şəkil 8.5-də verilmişdir.



Şəkil 8.5. Porşenli icra mexanizmi

8.4. Hidravlik icra mexanizmi

Hidravlik icra mexanizmi qurğusu təzyiq altında maye gücünün köməyi ilə tənzimləyicinin çıxış siqnalını çevirərək mexaniki hərəkəti yerinə yetirir. Hidravlik icra mexanizmi şəkil 8.6-da verilmişdir.





Şəkil 8.6. Hidravlik icra mexanizmi


Hidravlik icra mexanizmlərindən əsasən qurğunun yerdəyişməsi üçün böyük qüvvənin tələb olunduğu zaman istifadə olunur. Bu icra mexanizmləri digər icra mexanizmlərinə nisbətən daha böyük gücə malikdirlər. Hidravlik icra mexanizmləri 3 əsas növə ayırırlar:


1) biristiqamətli hərəkətli yükə görə qayıdışlı;
2) biristiqamətli hərəkətli yaya görə qayıdışlı;
3) ikiqat hərəkətli.
Biristiqamətli hərəkətli yükə görə qayıdışlı hidravlik icra mexanizmi. Biristiqamətli hərəkətli yükə görə qayıdışlı icra mexanizmi ən sadə mexanizmdir. Bu icra mexanizmi ona görə biristiqamətli mexanizm adlanır ki, silindirə daxil olan maye ancaq bir portdan keçir və bu zaman o porşenin ancaq bir tərəfinə təsir edir. Biristiqamətli hərəkətli yükə görə qayıdışlı hidravlik icra mexanizmində porşenin çəkisi yeganə yükdür və bu yük porşeni başlanğıc vəziyyətə gətirməyə kömək edir. Portdan keçən mayenin miqdarını idarə etmək üçün porşeni silindirin istənilən nöqtəsində yerləşdirmək olar. Biristiqamətli hərəkətli yükə görə qayıdışlı hidravlik icra mexanizmi şəkil 8.7-də göstərilmişdir.

Şəkil 8.7. Biristiqamətli hərəkətli yükə görə qayıdışlı hidravlik icra mexanizmi


İş prinsipi:


1) maye portdan keçərək verilir;
2) maye silindrə doldurulur və porşeni yuxarı qaldırır;
3) maye axını dayandırıldıqda porşen yeni pozisiyada qalır.
Porşeni silindirin aşağısına salmaq üçün maye axınının istiqaməti dəyişdirilir. Maye silindirdən port vasitəsilə çıxır, bu zaman porşen öz çəkisinin təsiri altında əvvəlki vəziyyətə qayıdır.
Biristiqamətli hərəkətli yaya görə qayıdışlı hidravlik icra mexanizmi. Bu icra mexanizminin iş prinsipi yükə görə işləyən icra mexanizmi ilə eynidir. Silindirin yuxarısında yerləşən yayın olmasından başqa bütün elementlər eynidir. Maye porta veriləndə silindirdə yerləşən porşen yuxarı itələnir. Porşen yuxarı qalxdığı üçün yayı sıxır, maye axını qayıdanda sıxılmış yayın gücü porşenin çəkisindən daha effeklidir, belə ki, o porşeni başlanğıc vəziyyətə qaytarır. Biristiqamətli hərəkətli yaya görə qayıdışlı hidravlik icra mexanizmi şəkil 8.8-də verilmişdir.



Şəkil 8.8. Biristiqamətli hərəkətli yaya görə qayıdışlı hidravlik icra mexanizmi





Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin