İkiqat hərəkətli hidravlik icra mexanizmi. Bu mexanizm qüvvənin iki istiqamətdə hərəkət etməsini təmin edir. Digər növlərdən fərqli olaraq, bu icra mexanizmi maye ilə tam doldurulur. Maye istənilən iki portdan verilə bilər. Maye bir portdan silindirə daxil olanda eyni həcmli mayenin digər portdan çıxışına imkan verir. Nəticədə silindirin daxilində yerləşən porşen yuxarı və aşağı hərəkət edir. Maye axınının reversivləşdirilməsi porşenin əks istiqamətdə hərəkət etməsini məcbur edir. Maye axını kəsildikdə təzyiq altında olan maye porşenin hər iki tərəfində qalır və porşen faktiki olaraq, mayenin saxlandığı yerdə blok vəziyyətinə düşür. İkiqat hərəkətli hidravlik icra mexanizmi şəkil 8.9-də verilmişdir
Şəkil 8.9. İkiqat hərəkətli hidravlik icra mexanizmi