Əsas ölçü vahidlərinə misal olaraq metr, qram, saniyə, amper, kelvin, mol və kandellanı göstərmək olar.
Əlavə ölçü vahidlərinə radian, steradian, törəmə ölçü vahidlər sisteminə isə hers, nyuton, paskal və s. aiddir.
Ölçü cihazlarının təsnifatı Ölçülən kəmiyyəti ölçü vahidi ilə bilavasitə və ya vasitəli yolla müqayisə edən quruluşlara ölçü cihazları deyilir. Ölçü cihazlarını bir sıra cəhətlərə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Ölçdükləri kəmiyyətlərə görə:
temperatur ölçən cihazlar;
Ölçülən kəmiyyətin qiymətini ifadə etmə üsullarına görə ölçü cihazları göstərici, yazıcı və cəmləyici olur. Ümumi halda isə ölçü cihazlarını aşağıdakı növlərə ayırırlar:
müqayisəsi əl ilə aparılan cihazlar;
göstərici cihazlar;
cəmləyici (hesablayıcı) cihazlar;
yazıcı (qeydedici) cihazlar;
siqnalverici cihazlar;
kombinə edilmiş cihazlar.
Müqayisəsi əl ilə aparılan cihazlarda ölçülən kəmiyyətin ölçü vahidi ilə müqayisəsi əl ilə operator tərəfindən aparılır, məsələn, tərəzidə çəkmək, metrlə ölçmək və s.
Göstərici cihazlar ölçülən kəmiyyətin qiyməti şkalada əqrəb vasitəsilə göstərilir.
Cəmləyici cihazlar müəyyən vaxt ərzində ölçülən kəmiyyətin cəmini göstərir.
Yazıcı cihazlarda ölçülən kəmiyyətin qiyməti avtomatik olaraq diaqram kağızı üzərində qeyd edilir.
Siqnalverici cihazlarda ölçülən kəmiyyət tələb edilən qiymətə çatdıqda işıq və ya səs vasitəsilə siqnal verir.