Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə15/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
Avtomatlaşdırmanın əsasları müh

TPAİS-lərin iş rejimləri

TP AİS-ini yaradarkən ən vacib məsələlərdən biri yaradılan sistemin, müəssisənin idarə aparatında yerinin və ümumiyyətlə, yerinə yetirəcəyi funksiyalarının müəyyənləşdirilməsidir. Məsələn, ola bilər ki, TP AİS-inin yaradılmasında məqsəd xammala, yanacağa və ya başqa istehsalat ehtiyatlarına qənaət etmək olsun. Başqa bir halda idarəetmə obyektlərində təhlükəsizliyin təmini, məhsulun maya dəyərinin aşağı salınması, əmək məhsuldarlığının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və s. bu kimi məqsədləri qarşıya qoyulsun. Nəhayət, bəzən TP AİS-in yaradılmasında əsas məqsəd kimi sırf sosioloji tələbat da götürülə bilər. TP AİS-lərin aşağıdakı tipləri vardır.



  1. Məsləhət rejimində işləyən TP AİS-lər.

  2. Supervizor rejimində işləyən TP AİS-lər.

  3. Birbaşa rəqəmli idarəetmə sistemlərində işləyən TP AİS-lər.




Məsləhət rejimində işləyən TP AİS-lər aşağıdakı funksiyaları yerinə yetirir;

  1. Texnoloji proseslərin gedişini xarakterizə edən rejim parametrlərinin toplanılması, işlənilməsi və rejim vərəqlərinin alınması;

  2. Texnoloji proseslərin aparılmasının ən effektli iqtisadi göstəricilərinin hesablanması;

  3. Bütövlükdə texnoloji sistemdə ən yüksək texniki iqtisadi göstəriciləri təmin edən optimal rejimin axtarılıb tapılması;

  4. Yüksək iqtisadi göstəriciləri təmin edən tapılmış optimal rejimin icra edilməsi üçün rəsmi maşın sənədi şəklində operatora məsləhət verməni həyata keçirir.

Bu tip idarəetmə sistemlərinin üstün cəhətləri ilə yanaşı mənfi cəhəti texnoloji proseslərin yüksək iqtisadi texniki göstəricilərini təmin edən göstəricilərinin idarə edilməsi avtomatik deyil bilavasitə insana həvalə edilməsindədir. Əlbətdə belə olan halda heç də həmişə yüksək texniki iqtisadi göstəriciləri təmin etmək olmaz, cünki insan vahid zaman ərzində məhdud sayda əməliyyat yerinə yetirə bilər.
Supervizor rejimində işləyən TP AİS-lərinin funksional strukturu aşağıdakı kimidir:
Bu tip idarəetmə sistemləri də məsləhət rejimində olduğu kimi əsasən 4 funksiya yerinə yetirlir. Məsləhət rejimindən fərqli cəhəti ondan ibarətdir ki, bu halda texnoloji proseslərin ən yüksək texniki iqtisadi göstəricilərini təmin edən tapılmış optimal rejimin icra olunmaq üçün operatora deyil mövcud yerli tənzimləyicinin tapşırıq kamerasına verilir. Supervizor rejimində işləyən TP AİS-in mənfi cəhəti optimal rejim haqqında həllin bilavasitə yerli tənzimləyicilərə həvalə edilməsindədir.
Bu halda TP AİS-inin funksiyaları informasiya, idarəedici və köməkçi məsələlərin yerinə yetirilməsinə yönəldilə bilər.
TP AİS-in informasiya funksiyaları dedikdə, buraya texnoloji prosesin vəziyyətini xarakterizə edən məlumatların toplanılması, çevrilməsi və saxlanılmasını təmin etməklə, informasiyanın istər sonrakı emal üçün, istərsə də idarəetmə ilə məşğul olan mütəxəssislərə (operatorlara) ötürülməsi nəzərdə tutulur.



TP AİS-inin informasiya funksiyalarına ən yaxşı misal kimi operatorun çağırışına görə prosesin əsas parametrlərinin sərhəd qiymətlərindən kənara çıxma hallarının qeyd olunması və həmçinin operatorun istəyinə görə kompleks parametrlərin və texniki-iqtisadi göstəricilərin hesablanmasını və s. göstəmək olar. TP AİS-inin idarəedici funksiyası dedikdə, idarəedici qərarın alınması və bu qərarın texnoloji prosesdə icra edilməsinin təmin edilməsi başa düşülür.
TP AİS idarəedici funksiyalarına əsasən texnoloji prosesin hər hansı rejim parametrlərinin sabit saxlanılması, proqramlı idarə edilməsi, avadanlıqların qəzadan mühafizəsini yerinə yetirmək, optimal idarənin formalizə edilməsi və icra edilməsi, aqreqatlar arasinda yükün bölüşdürülməsi və nəhayət aqreqatların işə buraxılması və saxlanılması məsələlərini yerinə yetirmək kimi məsələlər daxildir. TP AİS-inin köməkçi funksiyası dedikdə, buraya sistemdaxili məsələlərin yerinə yetirilməsi daxildir. Köməkçi funksiyalar sistemin öz daxili funksiyalarını, verilmiş idarəetmə alqoritminin reallaşdırılması və texniki təminat vasitələrinin normal işini təmin etmək üçün yaradılır. TP AİS-inin funksiyaları idarəetmə obyektində avtomatlaşdırılmış və avtomatik yerinə yetirilə bilər. Bu sistemlərin hər birində insanın rolu müxtəlifdir.
Birbaşa rəqəmli idarəetmə sistemlərində işləyən TP AİS-lər.
Avtomatlaşdırılmış idarəetmə rejimində idarəetmə qərarlarının alınmasında və içra olunmasında insan əməyindən istifadə olunur. Avtomatik rejimdə işləyən TP AİS-də isə insanın rolu ancaq sistemin işinə nəzarət etməkdən ibarətdir.

TP AİS-ləri strukturlarına görə - məsləhət, supervizor və avtomatik rejimdə işləyən sistemlərə ayrılır



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin