Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 7 TPAİS-in informasiya və riyazi təminatı İNFORMASİYA TƏMİNATI



Yüklə 20,62 Mb.
səhifə17/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 7
TPAİS-in informasiya və riyazi təminatı
İNFORMASİYA TƏMİNATI
Məlumat bizim müəyyən proseslər, hadisələr, faktlar və s. haqqında bildiyimizi müəyyən edən və onu zənginləşdirən xəbərlər toplusuna deyilir.
Avtomatlaşdırlımış idarəetmə sisteminə tətbiqən informasiya dedikdə verilənlərin emal edilməsi nəticəsində alınmış məlumat başa düşülür.
AİS-in əsas və aparıcı təminatlarından biri də məlumat təminatıdır. Təsadüfi deyildir ki, texniki və proqram təminatının əsas hissəsi məlumat təminatına xidmət edir.
Məlumat bizim müəyyən proseslər, hadisələr, faktlar haqqında bildiyimizi müəyyən edən və artıran xəbərlər toplusuna deyilir.
Məlumat enerji, maddə kimi toplanıb, saxlanılıb , çevrilib və müəyyən qaydada harasa və ya kiməsə verilə bilər. Ancaq onlardan fərqli olaraq məlumatlar yarana və yox ola bilər.
Obyekt haqqında məlumat verilənlər şəklində mövcud olur. Verilənlər öz növbəsində obyekti xarakterizə edən keyfiyyət və kəmiyyət göstəricilərini ifadə edən parametrlərin qiymətindən ibarət olur. Beləliklə, verilənlərə məlumatların daşıyıcısı kimi baxıla bilər.
Əgər verilənlər müəyyən formada təşkil olmayıblarsa və müəyyən məqsəd üçün istifadə olunmursa, onda onlar məlumat adlana bilməzlər. Beləliklə, verilənlər o vaxt məlumat hesab olunurlar ki, onların məlumatları dərk olunur və onlar müəyyən məqsəd üçün istifadə olunurlar. Məlumatlar mövcud omaqla bərabər müəyyən daşıyıcılarda (yaddaşda) əks olunurlar.
Canlılarda informasiyanı qəbul edib, saxlayan, emal edən təbii qurğu insanın və başqa calıların beynidir.
İnformasiyanın yarandığı obyektlər (obyekt sahələri) məlumat mənbələri adlanır. Belə mənbələr texniki, iqtosdi, ekoloji, aqrar, siyasi, bioloji və s. sistemlərin elementləri ola bilər.
Məlumatlar ayrı-ayrı şəxslərə və ya hər hansı insanlar qrupuna yönəldilə bilər. Birinci halda məlumat xəbər, ikinci halda isə elan adlanır.
Məlumatlar istifadə olunma məqsədinə təsirindən aslı olaraq müəyyən dəyərə malik olurlar. Məsələn, “İnstituda axşam qrupları üçün qış imtahan sessiyası yanvarın 4-də başlayır”. Bu məlumat gündüz qrupları üçün əhəmiyyət kəsb etmir, yaxud da cüzi əhəmiyyət kəsb edir.
İdarəetmə sistemlərində məlumatların dəyəri onun düzgün qərar qəbul etməyə təsiri ilə də müəyyən olunur. Məsələn, reaktorda gedən prosesə ən güclü təsir xammalın sərfi və reaktorda olan temperatur tərəfindən olur. Xammalın və xarici mühitin temperaturları isə prosesə zəif təsir göstərir. Odur ki, bu proses üçün birinci iki parametr haqqında məlumat idarəetmə üçün daha dəyərlidir.
Məlumatın dəyərini təyin edən əsas vasitələrdənn biri obyektin riyazi modelidir. Belə ki, model vasitəsi ilə ayrı-ayrı parametrələrin məqsəd funskiyasına və məhdudiyyətlərə təsirinin öyrənilməsi onlar haqqında məlumatların qiymətlərini təyin etməyə imkan verir.
AİS-in istismar edilməsi zamanı iki növ məlumatdan istifadə edilir:

  1. Operativ məlumat.

  2. Normativ-sorğu məlumatı.

Operativ məlumat əsasən idarəetmə obyektində quraşdırılmış müxtəlif texniki vasitələrin çıxışlarından və digər kompüterlərdən sistemə daxil olur. Bu məlumatlar sistemə hər ∆t müddətindən sonra verilir.
Normativ-sorğu məlumatına isə zaman etibarilə uzun müddət dəyişməz qalan məlumatlar daxildir. Bunlara idarəedici kompüterin yaddaş blokuna salınmış parametrlərin, avadanlıqların, texniki vasitələrin adları, parametrlərin ölçü vahidləri və s. daxildir. Bu məlumatlar əvvəlcədən müəssisənin funksional şöbələrində tərtib edilib hesablanma mərkəzinə göndərilir. Burada isə müxtəlif sənədlərdə qeyd edilmiş həmin məlumatlar kodlaşdırılaraq əl ilə kompüterə daxil edilir.
AİS-in funksiyalarını yerinə yetirmək üçün istifadə olunan məlumat giriş, aralıq, çıxış fayllarında müəyyən strukturda yerləşdirilir. Aralıq fayllarının köməyilə “Məlumatın ilkin emalı edilməsi”, “Texniki-iqtisadi göstəricilərin hesablanması” və “Optimallaşdırma məsələsinin həlli” altsistem məsələləri həll edilir.
Çıxış fayllarının köməyilə operativ personal lazımi məlumatla təchiz edilir.
AİS-in informasiya təminatı şəkil 1.1-də göstərilib. Baza verilənlərinin strukturu isə şəkil 1.2-də göstərilmişdir.






AİS-in informasiya

təminatı






İnformasiyanin həcminin, formatının və yerləşdirilməsinin təyin edilməsi

Normativ-sorğu məlumatının tərkib və strukturun təyin edilməsi

Klasssifikatorların struktur və tərkiblərinintəyin edilməsi

Giriş-çıxış aralıq sənədlərinin struktur və tərkiblərinin təyin edilməsi




AİS-in informasıia bazası

AİS-də istifadə olunan məlumat, siqnal və sənədlər çoxluğu (kompüterdən xaric)

AİS-də istifadə olunan verilənlərin yerləşdyi daşıyıcıların siyahısı

Şəkil 1.1. AİS-in informasiya təminatı



Sistemin baza verilənləri

Giriş və çıxış məlumatı



Kataloqlar

Köməkçi tekst

Sorğu məlumatı

Idarəedici cədvəllər

Protokol məlumatı

Şəkil 1.2. AİS-in baza verilənlərinin strukturu


Məlumat mənbələrinin və onun istifadəçilərinin olması verilənlərin mövcudluğu yaranması, çevrilməsi, ötürülməsi, saxlanması, istifadə olunması və ləğvi dövrünü əhatə edir. Bütün mərhələlərdə məlumatlara xas olan bir sıra xarakteristikalar mövcuddur. Qərar qəbuletmə baxımından xarakteristikalardan daha əhəmiyyətlilər aşağıda göstərilmişdir.


1. Məlumatın məqsədyönlülüyü-yeni konsepsiyaların yaradılması,məsələlərin qoyuluşu,müəyyən məslələrin həlli üsullarının təyini,qərar qəbuletmə, situasiyaların aşkar edilməsi və təhlilində istifadə olunması;
2. Məlumatın dəyərliliyi. Bu göstərici əsasən iki faktorla təyin olunur: 1) qəbul olunan qərarın özünün dəyərliliyi ilə. 2) məlumatın qərar qəbuletməyə təsir dərəcəsi ilə.
3. Məlumatın vaxtında alınması. Belə ki, vaxtında alınmayan məlumat öz dəyərliliyini ya tam, ya da qismən itirir.
4. Məlumatın həcmi onu təmsil edən verilənlərin hərf və rəqəmlərinin miqdarı ilə ifadə olunur. EHM-lərdə məlumatın həcmi bit, bayt, kilobayt, meqabayt, və qiqabaytlarla ifadə olunur. Məlumatın həcmi ilə dəyərliliyi arasında qeyri-xətti asılılıq vardır. Dəyərlik həcmə nisbətən zəif dəyişir.
5. Məlumatıın tamlığı-onun obyektin lazımi dəqiqliklə idarə olunması üçün lazım olan parametrləri nə dərəcdə əks etdirilməsi ilə müəyyən olunur.
6. Məlumatın etibarlılığı. Bu göstərici əsasən məlumatların mənbədə ölçülməsi, ötürülməsi, işlənməsi və s. xarakteristikalardan və imkanlardan asılı olur.
7. Məlumatın təminatlığı (düzgünlüyü) onun təmsil etdiyi obyektə uyğunluğunu ifadə edir. Məlumat təminatlı olduğu halda, tam olmaya da bilər, yaxud tərsinə.
8. Məlumatların artıqlığı-onun artmasının dəyərliliyinə təsir etməməsi ilə müəyyən olunur. Təcrübədə məlumat artıqlığı daha çox müşayət olunur və bu artıqlıq 30-60% təşkil edir. Bu isə əlavə xərclərə səbəb olur.
9. Məlumatların işlənmə surəti onların vahid zamanda yerinə yetirilməsi ilə müəyyən olunur.
10. Məlumatların tezliyi - obyektin dinamik xarakteristikaları və həll olunan məsələnin xaraketeri ilə təyin olunur. Məlumatların dəyərlliyi onun tezliyindən çox asılıdır. Bu səbəbdən məlumatın toplanması optimal tezliyinin tapılması böyük iqtisadi əhəmiyyət kəsb edir.
11. Məlumatın toplanması müəyyən xərclərlə əlaqədardır. Odur ki, məlumat xarakteristikalarının təyin oluması bir tərəfdən onun dəyərliliyinin artırılması, digər tərəfədən isə məlumat sistemində sərf olunan xərcləri azaldılması baxımından yerinə yetirilir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin