Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 8 TPAİS-in proqram və texniki təminatı



Yüklə 20,62 Mb.
səhifə19/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 8
TPAİS-in proqram və texniki təminatı
PROQRAM TƏMİNATI
TP AİS – nin proqram təminatına ilkin informasiyanın emal edilməsini və müxtəlif idarəetmə məsələlərinin həllinin yerinə yetirilməsini təmin edən kompleks tətbiqi proqramlar paketi daxildir. Bütün bu proqramları IHK-in yaddaşına daxil etmək üçün onlar idarəetmə alqoritmləri formasında təqdim olunmalıdır.
Texnoloji proses AİS-nin proqram təminatı, tətbiq sahəsinin əlaqə quruluşlarının çox geniş tərkibdə olması səbəblərindən proqram təminatı üçün əsas tələb – tətbiq sahəsi üzrə problem istiqaməti şərtini ödəməlidir. Hesablama komplekslərinin tətbiq istiqaməti, istifadəçinin tətbiqi proqramları hesabına genişləndirilir. İHK-in belə tətbiq istiqaməti, onun baza proqram təminatı hesabına bir qədər sadələşir. Qeyd etmək lazımdır ki, proqram təminatının tərkibinin genişləndirilməsi, TP AİS-nin layihə edilməsi prosesində, tətbiqi proqramlar paketi hesabına həyata keçirilir. Belə proqramların işlənilməsi, idarəetmə sistemlərinin yaradılmasında əsas mərhələdir.
Proqram vasitələri kimi müxtəlif seriyadan olan idarəedici hesablama maşınlarının proqram təminatlarından istifadə edilə bilər. Bu seriyadan olan maşınların proqram təminatlarına, əməliyyat və problem istiqamətli tətbiqi proqramlar paketi (TPP) daxildir.
Əməliyyat istiqamətli paket özündə :

  1. texnoloji istiqamətli tətbiqi proqramlar paketini (verilənlərin işlənilməsində ayrı-ayrı funksiyaları yerinə yetirən proqramlar), verilənlərin işlənilməsi və çoxmaşınlı sistemlərdə verilənlər bankının işini təşkili və idarə edən proqramları özündə birləşdirir.;

  2. metod istiqamətli TPP verilənlərin məntiqi riyazi işlənilməsi paketi, ədədi analiz metodları paketi, verilənlərin riyazi statistikanın metodları ilə işlənilməsi alqoritmləri paketi və şəbəkə planlaşdırmanın proqramlar paketini özündə birləşdirir.

Problem istiqamətli TPP-in tərkibinə isə fasiləsiz və diskret proseslərin modelləşdirilməsi, iqtisadi hesabatların aparılması, laboratoriya eksperimentlərinin təşkili, alınmış nəticələrin emal edilməsi və başqa elmi texniki hesabatlarda istifadə olunan proqramlar paketi daxildir.
Adətən, tətbiqi proqramlar paketi proqramlar modulu kimi təqdim olunur və yüksək səviyyəli dillərin birində yazılır. Bu, paket üzərində olan istifadəetməni asanlaşdırmaq və təkmilləşdirmək üçün müxtəllif konfiqurasiyalar həyata keçirməyə imkan verir. Belə paketlər, adətən, açıq paketlər olduğu üçün onu genişləndirmək və təkmilləşdirmək imkanları olur.
TP AİS-nin layihə edilməsi prosesində, hazır paketlərdən istifadə edilməsi iqtisadi cəhətdən çox əlverişlidir. Ancaq hələlik heç bir paket ondan istifadə edənlərin tam tələblərini ödəmək səviyyəsində deyil. Ona görə də TPAİS-in yaradılmasında əsas işlərdən biri də bu sistemlərin özü üçün tətbiqi proqramlar paketinin işlənilməsidir. Bu məsələnin həllini asanlaşdırmaq üçün İHK-in daxili proqram təminatında translyator proqramlar nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində proqramlaşdırma proseslərini avtomatlaşdırmağa imkan verir.
Tətbiqi proqramlar paketinin yaradılmasında əsas rolu texnoloji proseslərin modelləri oynayır. Belə ki, texnoloji proseslər üçün vahid ümumiləşdirilmiş modelərin yaradılması bəzən bu sahədə dəf olunmayan çətinliklər yaradır. Qeyd etdiklərimizdən görünür ki, doğrudan da TP AİS-inin proqram təminatlarının işlənilməsi olduqca mürəkkəb məsələdir. Buna görə də hazırda bu məsələnin həllinə yönəldilmiş çoxlu sayda proqramlaşdırma məsələlərini avtomatlaşdıran vasitələr çoxluğu məlumdur ki, bunlar proqramlaşdırma məsələlərinin həllini olduqca asanlaşdırır. Proqramlaşdırmanın avtomatlaşdırma vasitələrinin səviyyəsi nə qədər yuksəkdirsə, bir o qədər proqram təminatının işlənilməsi asanlaşır.
Proqramlaşdırmanın avtomatlaşdırma vasitələrinin ən başlıcası, proqramların yazıldığı proqramlaşdırma dilləridir. Proqram istiqamətli dildən istifadə olunması proqramlaşdırma prosesini asanlaşdırır.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin