Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Elektrik müqavimət termometrləri



Yüklə 20,62 Mb.
səhifə29/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Elektrik müqavimət termometrləri
Elektrik müqavimət termometrləri vasitəsilə mühitin (maye, qaz, buxar, bərk maddə) tempera-turunu ölçmək olar. Onların ölçü diapazonu -50÷750°C arasındadır. Elektrik müqavimət termometrlərinin iş prinsipi bir neçə naqil və yarımkeçiricinin müqavimətinin temperaturdan asılı olaraq dəyişməsinə əsaslanır. Naqillərin (metalların) elektrik müqavimətinin temperatur əmsalı müsbət (temperaturun artması ilə müqavimət artır), yarım-keçiricilərin elektrik müqavimətinin temperatur əmsalı mənfi (temperatur artdıqca müqavimət azalır) olur. Naqilləri (metalları) 1°C qızdırdıqda onlar öz müqavimətini 0,4 - 0,6 % artırır, yarımkeçiricilər (metal oksidləri) isə əksinə öz müqavimətlərini naqillərə nisbətən 8-15 dəfə azaldır. Müqavimət termometrləri vasitəsilə temperaturu ölçdükdə termometr temperaturu ölçüləcək mühitdə yerləş-dirilir. Termometrin elektrik müqavimətinin tempera-turdan asılılığını R=f°(t) bilərək, onun yerləşdiyi mühitin temperaturunu ölçmək olar.
Naqillərdə (metallarda) vahid həcmdə olan sərbəst elektronların sayı kifayət qədər çox olur və bu say temperaturdan asılı olaraq dəyişir.
Temperaturun yüksəlməsi nəticəsində metaldakı ionlar öz tarazlıq vəziyyəti ətrafında istilik rəqslərini artırır. Bu zaman müxtəlif tərkibli kristalik qəfəsdə elektronların sürətlə səpələnməsi ilə əlaqədar olaraq naqillərin (metalların) müqaviməti artır.
Müqavimət termometrlərinin hazırlandığı materiallar əsasən aşağıdakı şərtlərə cavab verməlidir.

  1. Naqillərin (metalların) elektrik müqavimətinin temperatur əmsalı mümkün qədər böyük olmalı və öz qiymətini sabit saxlamalıdır;

(2.12)
burada R0 və R100 - 0°C və 100°C-də naqilin müqaviməti; a - naqilin temperaturu 1°C dəyişdikdə onun müqavimətinin nə qədər dəyişdiyini xarakterizə edir. Əksər təmiz metal naqillər üçün α = (3,9÷6) ·10-3 1/ °C.

  1. Naqillər (metallar) öz fiziki və kimyəvi xassələrini dəyişməməli, oksidləşməməli, turşuya və s. zərərli təsirlərə məruz qalmamalıdır. Onların müqavimət temperatur əmsalı, xüsusi elektrik müqaviməti mümkün qədər böyük olmaqla, temperaturun dəyişməsi ilə materialın müqavimətinin dəyişməsi arasındakı asılılıq əyrisi düz xəttə yaxın olmalıdır (şəkil 2.5).

Platin (Pt), mis (Cu) və nikel (Ni) kimi saf metallar yuxarıda göstərilən tələbləri təmin edən materiallardır.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin