Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Unifikasiya edilmiş elektrik çıxış siqnallı



Yüklə 20,62 Mb.
səhifə32/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Unifikasiya edilmiş elektrik çıxış siqnallı
KTXAU, TCMTU, TCPTU tipli termoçevricilər
Yuxarıda adları çəkilən bu termoçeviricilər mühafizə gilizlərinə yerləşdirilmiş termocütdən, müqavimət termometrlərindən və gilizlərin başlıqlarına birləşdirilmiş elektron cərəyan çeviricisindən ibarətdir (şəkil 2.6a). Elektron cərəyan çeviricisi termocütlərdə və müqavimət termometrində yaranan gərginlikləri proporsional olaraq (0-5) mA və ya (4-20) mA analoq sabit elektrik siqnalına çevrilir. Bu cür termoçeviricilərlə mayenin, buxarın və qazların temperaturunu ölçmək olar.
Termocüt kabeli əsasında hazırlanmış KTXAU termoçeviricinin ölçü diapazonu 0-900°C, dəqiqlik sinfi isə 1,0-dır.
TCMTU tipli mis müqavimət termometrinin uyğun ölçü diapazonu 0-180°C, dəqiqlik sinfi isə 0,5-dir. TCPTU tipli platin müqavimət termometrinin, uyğun olaraq, ölçü diapazonu 0-500°C, dəqiqlik sinfi isə 0,5-dir.

Termoçeviricinin elektrik dövrəsinə bağlanma sxemi şəkil 2.6 b-də göstərilmişdir.





1-ПT 205/055 tipli cərəyan çeviricisinin elektron quruluşu; 2-Termoçevirici; ±U - qida mənbəyinə bağlanılan kontaktlar; R - termoçeviricilərin uclarını bağlamaq üçün kontaktlar.


Elektrik dövrəsinə bağlanma sxemi


  1. qida mənbəyi; 2- termoçevirici; 3- ölçü cihazı; 4- cərəyan çeviricisi; 5- elektrik naqili.



Müvazinətli körpülər
Müvazinətli istehsalat körpüləri göstərici, yazıcı və tənzimləyici olur.
Sabit cərəyanla işləyən müvazinətli körpünün prinsipial sxemi verilmişdir.
Elektrik müqavimət termometri ilə işləyən
müvazinətli körpünün prinsipial sxemi

Şəkil 2.7
Bu sxemdə R1 və R3 sabit müqavimətlər Rt –elektrik müqavimət termometri E- cərəyan mənbəyi və R2 reoxorddur. R2 vasitəsilə körpü müvazinət vəziyyətinə gətirilir. Bu zaman bd diaqanalında cərəyan olmur, qarşı - qarşıya duran qolların müqavimətlərinin vurma hasili bir – birinə bərabər olur.

Bu nisbətdən elektrik müqavimət termometrinin müqaviməti müəyyən edilir.

və -ün qiymətləri sabit olduqda -nin qiymətini (reoxord) müqavimətinin qiymətlərinə görə tapmaq mümkündür.
Reoxordun R2 sürüngəcini, sıfır cihazının (SC) əqrəbi sıfır üzərində dayanana qədər hərəkət etdirdikdə ölçülən temperaturun qiyməti bilavasitə temperatur şkalasına görə dərəcələnən reoxord şkalasından müəyyən edilir. Yuxarıdakı ifadədən göründüyü kimi cihazın göstərişi cərəyan mənbəyinin gərginliyindən asılı deyildir. Bu isə onun ən üstün cəhətidir. Ölçmə aparılan zaman əlavə əməliyyatların (reoxordun sürüngəcini hərəkət etdirməklə körpünü müvazinət halına gətirmək) aparılması cihazın nöqsan cəhətidir. İstehsalat şəraitində tətbiq edilən avtomatik müvazinətli körpülərdə bu nöqsan aradan qaldırılmışdır. Həmin körpülərdə reoxordun sürüngəci avtomatik hərəkət etdirilir. Temperaturun avtomatik müvazinətli körpülərlə ölçülməsi prinsipi körpünün müvazinətə gətirilməsinin avtomatlaşdırılmasıdır.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin