Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Elektrik tutumlu həssas elementli



Yüklə 20,62 Mb.
səhifə40/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Elektrik tutumlu həssas elementli
3051 modelli intellektual təzyiq vericisi.
(ABŞ - «Fişer-Rozumanut»)
3051 modelli təzyiqvericiləri təzyiqölçmə texno-logiyasında dünya standartlarına cavab verir. Onun istismar xarakteristikası geniş ölçü diapazonu (0,025-13790) kPa, dəqiqliyinin isə 0,075% olması ilə fərqlənir.
Tutum həssas elementli təzyiq vericisinin iş prinsipi şəkil 3.2-də verilmişdir.



Şəkil 3.2.
Ölçülən təzyiq metaldan hazırlanmış 1 membranı tərəfindən qəbul edilir. Hansı ki, bu tutum verici elementi üçün hərəkət edən elektrod sayılır. Hərəkət etməyən 2 elektrodu isə qoruyucular vasitəsilə dövrədən mühafizə olunur. Çevirici elementin C tutumunun 1 membranının σ - yerdəyişməsindən asılılığı aşağıdakı kimi olacaqdır:
C = εS/(σ + σ0)
burada ε - elektrodlar arasına doldurulmuş mühitin dielektrik nüfuzluluğu; S - elektrodların sahəsi; σ - təzyiqin sıfır olduğu hal üçün elektrodlar arasındakı məsafədir.
C tutumunu ölçü-məlumat siqnalına çevirmək üçün elektron çeviricilərdən (sensor modullarından) istifadə edilir. Tutum həssas elementli təzyiq vericiləri, ölçülən fiziki kəmiyyətin növündən asılı olaraq, müxtəlif modellərdə istehsal olunur:

  • 3051 S modelli verici, təzyiqlər fərqini, izafi və mütləq təzyiqləri;

  • 3051 T modelli verici yalnız izafi və mütləq təzyiqi;

  • 3051 L modelli verici isə səviyyəni ölçmək üçün istifadə olunur.

Yuxarıda adları çəkilən bu vericilərin ölçü sxemləri eyni olduğuna görə yalnız 3051 S modelli vericinin funksional sxeminə baxılması (şəkil 3.3) məqsədə uyğundur. Yuxarıda qeyd etdiyimiz kimi, bu cür vericilərin həssas elementi 1- elektrik tutumunundan ibarətdir. Yəni ölçülən təzyiqin təsirindən elektrodları (membranlar) arasındakı C tutumunu dəyişir və nəticədə alınan elektrik siqnalı sensor modulunun (analoq-rəqəm vericisinin) girişinə verilir. Sensor texnoloji və ətraf mühitdən mexaniki, elektrik və texniki təsirlərdən qoruyucu təbəqə ilə mühafizə olunub. Belə bir konstruksiyanın olması həssas elementin texniki yükünü azaldır, təzyiqə görə statik xarakteristikasını yaxşılaşdırır və xarici mühütin temperaturunun birbaşa sensora təsirini azaldır.



Həssas elementin quraşdırılma üsulu və təzyiqin ötürülməsi üçün istifadə edilən kip şüşə boru elektrik mühafizəsini təmin edir və eyni zamanda vericinin texniki xarakteristikasını yaxşılaşdırır.
Qeyd etmək lazımdır ki, ölçülən mühitdəki temperatur dəyişməsinin ölçülən təzyiqə təsirini azaltmaq üçün sensor moduluna termometr də birləşdirilmişdir. 1 mövqeli tutumdan (həssas elementdən) gələn elektrik siqnalı, 2 mövqeli analoq-rəqəm çevricisinin girişinə verilir. 2 mövqeli analoq-rəqəm çevricisi 3 mövqeli termometrindən gələn siqnaldan asılı olaraq düzəliş verməklə analoq siqnalını rəqəm siqnalına çevirərək, 3 mövqeli rəqəm-analoq çeviricisinin girişinə verir.
Sensor modulunda 4 mövqeli yaddaşının olması vericinin təmirini tezləşdirici, yəni yaddaş vericinin bütün xarakteristikasını özündə bir yerdə saxlamaq xüsusiyyətinə malikdir. Qeyd etmək lazımdır ki, 2 mövqeli analoq-rəqəm çeviricisi (ARÇ)-dən gələn siqnal, 3 mövqeli (rəqəm-analoq çeviricisində) işləndikdən sonra rəqəm siqnalını analoq siqnalına çevirərək çıxış siqnalı kimi 4-20 mA unifikasiya olunmuş elektrik siqnalı alınır və bu siqnal iki elektrik naqili vasitəsi ilə elektron prinsipi əsasında qurulmuş idarəetmə sisteminə verilir. Əgər lazım gələrsə, alınan analoq siqnalını rəqəm formasına salmaq bu halda 5 mövqeli rəqəm əlaqələndiricisindən istifadə olunur. 6 mövqeli sıfır və şkala tənzimləyicisi vasitəsilə cihazın sıfırı və şkalası yoxlanılır.

  1. mövqeli mikrokomputer vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirilir:

  • sensorun xəttiləşdirilməsi;

  • ölçmənin diapazonunun dəyişdirilməsi;

  • demfirləşdirmə;

  • diaqnostika;

  • verilənlərin ötürülməsi.

8 mövqeli elektron yaddaş modulu vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirirlər:

  • diapazon həddi;

  • vericinin konfiqurasiyası.

  1. mövqeli portativ NÖC komunikatorunun vəzifəsi və yerinə yetirdiyi funksiyalardan aşağıda bəhs edilir.


Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin