Mühazirə 2 Ölçmə haqqında ümumi məlumat. Ölçü cihazlarının təsnifatı. Ölçü sistemi və onun əsas elementləri Ölçü cihazlarının xətaları Ölçmə haqqında ümumi məlumat Neft çıxarma, neft ayırma, neft-kimya sənaye sahələrində proseslər aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur.
Temperatur, təzyiq, sərf, səviyyə, keyfiyyət parametrləri. Texnoloji prosesləri idarə etmək üçün fasiləsiz olaraq kəmiyyətlər haqqında məlumatlar toplanmalıdır. Operativ olaraq kəmiyyətlər haqqında məlumat almaq üçün bu kəmiyyətlər ölçülməlidir. Hər hansı bir kəmiyyəti ölçmək onu ölçü vahidi kimi qəbul edilmiş bircinsli kəmiyyətlə müqayisə etmək deməkdir.
Ölçülən kəmiyyətin ölçü vahidinə olan nisbətinin ədədi qiymətinə ölçülən kəmiyyətin ədədi qiyməti deyilir.
Ölçülən kəmiyyəti Q, ölçü vahidini q və ölçü kəmiyyətinin ədədi qiymətini x ilə işarə etsək, yaza bilərik:
(1)
Əgər Q kəmiyyətini ölçərkən q-nin yerinə q1 ölçü vahidi qəbul etsək, onda (1) tənliyini aşağıdakı şəkildə yazmaq olar:
(2)
və ya
(3)
Bir ölçü vahidində ifadə edilən ölçmə nəticəsindən digər ölçü vahidinə keçmək üçün (3) ifadəsindən istifadə etmək olar.
Ölçmənin üç növü var: bilavasitə, dolayı ölçmə və ümumi ölçmə.
Bilavasitə ölçmədə, ölçülən kəmiyyətin qiyməti bilavasitə (birbaşa) ölçü vahidi ilə müqayisədə və ya qəbuledilmiş vahidlərdə dərəcələnən ölçü cihazları ilə müəyyən edilir. Uzunluğun xətkeş, kütlənin çəki daşları və tərəzi, təzyiqin yaylı manometrlər vasitəsilə ölçülməsi bilavasitə ölçməyə misal ola bilər.
Dolayı yolla ölçmədə ölçülən parametrin qiymətini təyin etmək üçün həmin kəmiyyətlə funksional əlaqədə olan, başqa kəmiyyətlərin bilavasitə üsulla ölçülməsi aparılır. Boru kəmərindən axan maye, qaz və buxar sərfinin boru kəmərində yerləşdirilən daraldıcı quruluşda yaranan təzyiqlər fərqinə əsasən ölçülməsini buna misal göstərmək olar.
təzyiqlər düşgüsüdür.
Ümumi ölçmədə, ölçülən kəmiyyətin qiyməti digər kəmiyyətlərin bilavasitə ölçülməsindən alınan qiymətlərə görə bir sıra tənlikləri həll etməklə tapılır.
Burada ölçülən kəmiyyətin axtarılan qiyməti. bilavasitə ölçmədən müəyyən edilən kəmiyyətlərin qiymətləridir. Hər hansı bir kəmiyyət ölçü vahidləri ilə ifadə olunur. Ölçü vahidlərinin dövlət standartlarında qəbul edildiyi kimi işlədilməsi məcburidir və onların düzgün
tətbiqinə dövlət tərəfindən nəzarət edilir.
Ölçü vahidləri Beynəlxalq ölçü vahidlər sisteminə (Sİ) görə əsas, əlavə və törəmə vahidlərinə ayrılır.