Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 14 NEFT MƏHSULLARININ TƏRKİBİNİ VƏ



Yüklə 20,62 Mb.
səhifə51/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 14
NEFT MƏHSULLARININ TƏRKİBİNİ VƏ
KEYFİYYƏTİNİ TƏYİN EDƏN ÖLÇÜ CİHAZLARI
Neftayırma zavodlarında müxtəlif texnoloji proseslərdə temperaturun, təzyiqin, sərfin, səviyyənin və bu kimi parametrlərin verilmiş qiymətlərdə sabit saxlanılması, heç də buradan alınan məhsulun həmişə tələb edilən tərkibdə və keyfiyyətdə olmasını təmin etmir. Odur ki, alınan məhsulun tərkibinin və onun keyfiyyət parametrlərinin ölçülməsi zərurəti meydana çıxır və onların ölçülməsi yüksək keyfiyyətli avtomatik idarəetmə sistemlərinin yaradılması üçün də vacibdir. Bu bölmədə neft məhsullarının tərkibinin, onların əsas keyfiyyət göstəricilərinin təyin edilməsində istifadə edilən müasir elektron cihazların quruluşları və işləmə prinsiplərindən bəhs edilir.


Titrəyişli həssas elementli 7830 modelli
intelektual sıxlıq ölçən
[JSM The Japan Steel Works, LTD]
Texnoloji proseslərin idarə edilməsində sıxlığın ölçülməsinin böyük əhəmiyyəti vardır. Bir sıra hallarda neftayırma zavodları qurğularında alınan məhsulların keyfiyyətini onların sıxlıqları ilə xarakterizə edirlər.
Maddənin sıxlığı (ρ) onun vahid həcmə (V) düşən kütləsinə (m) görə təyin edilir:
(6.1)
Həmin düstura əsasən sıxlığın Sİ sistemində ölçü vahidi kq/m3 olur.
Sənaye sahələrində sıxlığı ölçmək üçün çəki, üzgəcli, hidrostatik, radioizotop, ultrasəs, titrəyişli və s. sıxlıqölçən cihazlardan istifadə edilir. Hazırda neftayırma zavodlarında xam neftin qeydiyyat qovşağında işlədilən titrəyişli həssas elementli 7830 modelli intelektual sıxlıqölçənlər (4-20) mA çıxış siqnalına malikdir. Onların dəqiqlik sinfi 0,2 %, ölçü diapazonu isə (690-1050) kq/m3-dır (şəkil 6.1).



Şəkil 6.1
Bu sıxlıqölçənin iş prinsipi sıxlığı yoxlanılan mayenin titrəyişli sıxlıq vericisindən keçərkən yaratdığı sərf tezliyi titrəyiş vericisindəki maye sütunu ilə kütlə vahidinin funksiyasıdır. Yəni bu sıxlıqölçən vibrovericidə yaranan rəqs tezliyini ölçür və yuxarıdakı funksional asılılıqdan istifadə edərək, mayenin ρ sıxlığının qiymətini aşağıdakı tənliyə əsasən təyin edir:
ρ = K0 + K1T + K2T2 (6.2)
burada ρ - mayenin sıxlığı, K0, K1 K2 - sabit kəmiyyətlər, T - rəqs periodu (T=l/f), f - rəqs tezliyidir.
Şəkil 6.1-də titrəyişli həssas elementli sıxlıqölçənin prinsipial sxemi verilmişdir. Analizə qəbul edilən maye (xam neft) paralel olaraq, 8 aralığı vasitəsilə 6 mövqeli silfonunun içərisində bərkidilmiş 1 və 2 mövqeli borulara (rezanator) daxil olur. Maye 1 və 2 mövqeli borulardan (rezenatordan) keçərkən onlarda rəqs tezlikləri yaranır.
Yaranan rəqs tezliklərini qəbul edən 3 mövqeli dolaqda yaranan cərəyanın təsirindən 4 mövqeli həyacanlandırıcı dolaq və 10 mövqeli gücləndiricisi elektromexanik generator funksiyasını yerinə yetirir. Nəticədə generatorda alınan rəqs tezliyi analizə götürülən mayenin sıxlığı olacaqdır. 10 mövqeli gücləndiricinin çıxış siqnalı elektron çeviricisinin (modulunun) girişinə verilir. Elektron çeviricinin iş prinsipi 3-cü bölmədə verilmişdir. Qeyd etmək lazımdır ki, mayelərin sıxlığı temperaturdan asılı olaraq dəyişir. Temperatur artdıqca mayenin sıxlığı azalır, azalanda isə mayenin sıxlığı artır. Elə ona görə də sıxlıqölçən cihazın göstərişinə sıxlığı ölçülən mayenin orta temperaturundan asılı olaraq korreksiya vermək üçün 7, 11 mövqeli müqavimət termometrləri 9 mövqeli temperatur çeviricisi vasitəsilə 10 mövqeli gücləndiricinin girişinə qoşulur. 10 mövqeli elektron çeviricinin (modulunun) çıxışında alınan (4-20) mA elektrik siqnalını həm EHM-in, həm də elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə vermək olar.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin