Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Avtomatik kürəvi viskozimetrlər



Yüklə 20,62 Mb.
səhifə52/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Avtomatik kürəvi viskozimetrlər
(JSW The Steel Works, LTD)
Bu cür vizkozimetrin iş prisipi özlülüyü analiz olunan mayenin ağırlıq təsir qüvvəsi və titrəməsi nəticəsində polad kürəciyinin hərəkətinin sürətini ölçməyə əsaslanır.
Bu hərəkət, Stoks qanununa əsasən, aşağıdakı kimi yazılır:
(6.3)
burada W - kürəciyin eyni bərabər düşmə sürəti; ρk - kürəciyin materialının sıxlığı (ρk > ρ); r - kürəciyin radiusudur.
Əgər nəzərə alsaq ki, analiz olunan mayenin sıxlığı kiçik qiymətlərlə dəyişir və bu kürənin sıxlığından bir neçə dəfə azdır, onda (6.3) ifadəsini aşağıdakı şəkilə çevirmək olar.
(6.4)
buradakı sabit əmsaldır.
Adətən W sürətinin ölçülməsi sabit sürətlə düşən kürəciyin iki nöqtə arasında qət etdiyi ℓ yoluna sərf olunan τ zamanının ölçülməsi ilə müqayisə olunur. Belə halda:
(6.5)
alınır və buradakı R=ℓ/R1 sabit əmsaldır. Şəkil 6.2-də neftayırma zavodlarında xam neftin qeydiyyat qovşağında quraşdırılmış intelektual kürəvi viskozimetrin prinsipial sxemi təsvir olunmuşdur.
1 mövqeli idarə blokunun panelində 2 mövqeli (POWER) elektrik qida düyməsini basmaqla 3 mövqeli solenoid klapanı 4 mövqeli ölçmə borusunun girişini müəyyən müddət ərzində açır. Bu zaman paneldə 5 mövqeli sıxışdırma (PURGE) nəzarət lampası yanır. Axın 6 mövqeli polad kürəni aşağı dayaqdan (yəni kürəni vericinin 7 mövqeli həssas elementinin qapağı) yuxarı dayağa qədər qaldırır. Bir müddət keçdikdən sonra 1 mövqeli idarə blokundan verilən komandaya uyğun olaraq 3 mövqeli solenoid klapanını 4 mövqeli ölçmə borusunun girişini bağlayır və həmin borunun aşağısındakı 8 mövqeli baypasının girişini açır. İndi maye ştrixlənmiş xətt istiqamətində axır və 6 mövqeli kürəsi hərəkətsiz mühitdə aşağı düşməyə başlayır. Bu zaman 4 mövqeli ölçmə borusunun girişinin açılmasından 6 mövqeli kürənin düşməyə başladığı ana kimi keçən zaman intervalı, ölçmə dövrünün «sıxışdırma» fazası adlanır.
Özlülüyünün düşən kürəcikli viskozimetr
vasitəsilə təyin edilməsinin prinsipial sxemi

Şəkil 6.2
Yuxarıda qeyd etdiyimiz kimi 6 mövqeli kürənin 4 mövqeli ölçmə borusunda düşmə sürəti mayenin özüllülüyü ilə tərs mütənasibdir.
12 mövqeli kontaksız vericinin 7 mövqeli həssas elementi 6 mövqeli kürənin aşağı dayağa düşdüyü anda onu tutur və alınan siqnalı 9 mövqeli generator vasitəsi ilə 1 mövqeli idarəetmə blokuna göndərir. 6 mövqeli kürənin düşmə anı ilə aşağı dayağa çatma anı arasındakı zaman intervalı ölçmə fazasını təşkil edir. Beləliklə 1 mövqeli elektron blokunun 10 mövqeli impuls sayğacının vasitəsi ilə ölçmə fazasının müddətini qeyd edir və həmin elektrik siqnalı 11 mövqeli elektron çeviricisinin (modulunun) girişinə verilir. 11 mövqeli elektron çeviricisinin çıxışında özüllülüyü ölçülən mayenin özüllülüyünə propor-sional olan (4-20) mA sabit cərəyan siqnalı alınır ki, bu da öz növbəsində EHM-in və yaxud elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə verilir.
Qeyd etmək lazımdır ki, bundan sonrakı əməliyyatı aparmaq üçün 10 mövqeli özüllülük vericisi sıxışdırma fazasına keçir və bu proses dəfələrlə təkrar olunur. Belə bir halda özlülük və sıxlılıq əmsallarını xarakterizə edən çıxış analoq cərəyan siqnalları o vaxta kimi sabit qalır ki, hələlik sonrakı ölçmə dövrələrində bu kəmiyyətlər dəyişməsin. Əgər hər hansı səbəb üzündən 6 mövqeli kürənin 4 mövqeli borusu üzrə hərəkəti mümkün olmasa, belə halda 1 mövqeli idarə blokunun üz panelində 13 mövqeli “Qeyri-normal” siqnal lampası yanır. Bu zaman sistemdə baş verən nasazlıqlar axtarılıb aşkar edilir, sonra aradan qaldırılır və sistem saz vəziyyətə gətirilir. Yuxarıda adı çəkilən viskozimetrin ölçü həddi (0-99,9), dəqiqlik sinfi isə 0,25%-dir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin