Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə56/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   58
Avtomatlaşdırmanın əsasları müh

Pnevmatik icra mexanizmi


Pnevmatik icra mexanizmi qurğusu sıxılmış havadan istifadə edərək mexaniki hərəkəti icra edir. İcra hərəkəti avtomatik tənzimləmə sistemində tənzimləyici orqanın yerdəyişməsi funksiyasını yerinə yetirir.
Pnevmatik icra mexanizminin yerinə yetirdiyi hərəkət bir çox hallarda, məsələn siyirtmənin vəziyyətinin seçilməsi, buxar axınının, su və başqa mayelərin idarə olunmasında istifadə edilir. Texnoloji prosesdə havanın hərəkətinin və məhsulların idarə olunmasında qapayıcının vəziyyətinin dəyişməsi böyük rol oynayır. Pnevmatik icra mexanizmi səkil 8.1-də verilmişdir.

Şəkil 8.1. Pnevmatik icra mexanizmi

Pnevmatik icra mexanizmlərindən texnoloji proseslərin avtomatik tənzimləmə sistemlərində geniş istifadə olunur.


Sənayedə pnevmatik icra mexanizmlərinin 3 növündən istifadə edilir:
1) biristiqamətli hərəkətli membranlı icra mexanizmi;
2) ikiistiqamətli hərəkətli membranlı icra mexanizmi;
3) porşenli icra mexanizmi.


Biristiqamətli hərəkətli membranlı icra mexanizmi. Biristiqamətli hərəkətli membranlı icra mexanizmi biristiqamətli hərəkətli mexanizmlər sinfinə aid edilir ona görə ki, hava təzyiqi icra mexanizminin ancaq bir portundan keçərək, membranı bir istiqamətdə hərəkət etdirir. Bu tip icra mexanizmlərindən yanacaq xəttində klapanın hərəkətinin idarə edilməsi və sərfin tənzimlənməsi üçün istifadə edilir. Biristiqamətli hərəkətli membranlı icra mexanizmi səkil 8.2-də verilmişdir.



Şəkil 8.2. Biristiqamətli hərəkətli membranlı icra mexanizmi


Bu tip mexanizmə daxildir:


1) rezin materialından hazırlanmış elastik membran
2) membrana düşən yükdən asılı olmayaraq, membranı lazımı səviyyədə saxlayan metal disk;
3) membranın yerinin dəyişməsində yayın membrana və ştoka təsir etdiyi qüvvənin böyük rolunun olması;
4) icra mexanizminin hərəkətini təmin edən idarəetmə orqanı;

İş prinsipi:


1) mexanizmə təzyiq daxil edilir;
2) membran yuxarı əyilərək, yayı sıxır və ştoku qaldırır; 
3)ştokun hərəkətinə proporsional hava təzyiqinin miqdarı, icra mexanizminin portundan keçən giriş təzyiqi əlavə olunur.
Ştokun hərəkətinin hava təzyiqinin miqdarı ilə əlaqəsi onu göstərir ki, istənilən nöqtənin yerdəyişmə sahəsində icra mexanizmdə yerləşdirilmiş tənzimləyici orqan əlavə olunmuş təzyiqi idarə etməyə imkan yaradır.
İkiistiqamətli hərəkətli membranlı icra mexanizmi. İkiistiqamətli hərəkətli membranlı icra mexanizminin giriş təzyiqi iki porta daxil edilir. Bu mexanizmlərdən məhdud sahədə klapanların yerləşdirilməsi zamanı tez-tez istifadə olunur.
Hava təzyiqi iki istiqamətdə hərəkəti təmin edir, bu membran biristiqamətli hərəkətli icra mexanizminə daxil olan halda iri yaydan istifadə edilməsinə ehtiyac qalmır.
İş prinsipi. İcra mexanizminin başlığı iki seksiyaya və ya kameraya bölünür:
1) membranlı;
2) iki metal diskli.
Hər kameraya bir port uyğun olmaqla, iki port nəzərdə tutulmuşdur:
1) aşağı porta təsir edən hava təzyiqi membranı və ştoku yuxarı qaldırır;
2) yuxarı porta təsir edən hava təzyiqi membranı və ştoku aşağı yönəldir.
İkiistiqamətli hərəkətli icra mexanizmində hava təzyiqinin yaratdığı qüvvə hərəkətin iki istiqamətdə getməsini təmin edir. İkiistiqamətli hərəkətli membranlı icra mexanizmi şəkil 8.3-də verilmişdir.



Şəkil 8.3. İkiistiqamətli hərəkətli membranlı icra mexanizmi



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin