Mühazirə "Dünya dinləri"



Yüklə 36,9 Kb.
səhifə5/5
tarix02.12.2023
ölçüsü36,9 Kb.
#137592
növüMühazirə
1   2   3   4   5
Multikulturalizmə giriş Mühazirə 3

İslam dinində məzhəblər-Ərəb dilində “məzhəb” sözü “gedilən yol” mənasına gəlir. İslam ədəbiyyatında geniş istifadə olunan “məzhəb” termini altında bu dinin qolları (istiqamətlər), yaxud təlim və hökmlərinin müxtəlif aspektlərdən izah olunması nəticəsində meydana gələn məktəblər nəzərdə tutulur.
Məzhəblər etiqadi və fiqhi (hüquqi) olmaqla iki qrupa bölünür. Etiqadi məzhəblər kateqoriyasına İslamın inanc əsasları və əqidə prinsiplərini özünəməxsus şəkildə izah edən dini məktəblər daxildir.
Fiqhi məzhəblər ortaq və fərqli hüquqi metodların tətbiqi səbəbilə meydana gəlmişdir. Bütün fiqhi məzhəblər hər hansı məsələ barədə hökm çıxararkən, ilk növbədə, “Quran” və sünnəyə əsaslanır. Sadəcə hər məzhəbdə “Quran” ayələri və hədislər özünəməxsus şəkildə təfsir olunur.
İslam dünyasında mənsublarının sayı baxımından ən böyük dini istiqamət sünnilik sayılır. Sünni məzhəbinə görə, İslamın şərtləri, yəni etiqadi əsasları və ya əqidə prinsipləri bunlardır: 1. Allaha inam; 2. Mələklərə inam; 3. Allahın göndərdiyi kitablara inam; 4. Peyğəmbərlərə inam; 5. Axirətə inam; 6. Qəza və qədərə inam (yəni xeyir və şərin Allahdan olduğuna inanmaq – Red.). Həmçinin sünni məzhəbinə əsasən, İslam dininin sütunları sayılan əməllər bunlardır: 1. Kəlmeyi-şəhadət; 2. Namaz; 3. Oruc; 4. Zəkat; 5. Həcc.
Qeyd edək ki, keçmişdə sünni istiqamətə mənsub çoxaylı fiqhi (hüquqi) məzhəblər mövcud olsa da, onlardan yalnız dördü günümüzədək varlığını qoruyub saxlamışdır. Sözügedən məzhəblər aşağıdakılardır:

  1. Hənəfilik. Məzhəbin banisi Əbu Hənifə Numan ibn Sabit (698-767) hesab olunur. Hənəfilik Pakistan, Hindistan, Banqladeş, Türkiyə və Orta Asiya ölkələrində yayılmışdır;

  2. Şafeilik. Bu hüquqi məktəbin banisi Məhəmməd ibn İdris ibn Abbas əş-Şafei (767-820) sayılır.

  3. Malikilik. Məzhəbin banisi 708-716-сi illər arasında doğulan və 795- ci ildə vəfat edən Malik ibn Ənəsdir.

  4. Hənbəlilik. Məzhəbin banisi Əhməd ibn Hənbəldir (780-855). B

Sünnilikdə dörd hüquqi məktəblə yanaşı, üç etiqadi məzhəb də mövcuddur. Həmin məzhəblər aşağıdakılardır:
İslamın ikinci ən böyük istiqaməti şiəlikdir. Dünya müsəlmanlarının təqribən 10-20 faizi bu məzhəbə mənsubdur. Xəlifəlik məqamının Əli ibn Əbu Talibə və onun övladlarına məxsus olduğunu irəli sürən məzhəb və dini cərəyanlar “şiə” adlandırılmışdır. Ərəb sözü olan “şiə” Azərbaycan dilinə tərcümədə “tərəfdar” mənasını verir, yəni şiə dedikdə “Əli tərəfdarları” nəzərdə tutulur.
Müasir dövrdə şiəliyin üç əsas qolu mövcuddur: 1. İmamilik (imamiyyə); 2. İsmaililik; 3. Zeydilik. Həmin məzhəblərə nəzər yetirək.
İmamilik. Şiəlikdə mənsublarının sayına görə ən böyük məzhəb imamilikdir. Azərbaycan, İran, İraq, Livan və Bəhreyndə yaşayan müsəlmanların əsas hissəsini imamilik məzhəbinin mənsubları təşkil edir.
İmamilik məzhəbinin ardıcılları inanırlar ki, on iki imama ilahi biliklər verilmiş və onlar peyğəmbərlər kimi məsumluq sifətinə malik olmuşlar, yəni qətiyyən günah iş görməmişlər. Bu səbəbdən şiələr hesab edirlər ki, Məhəmməd peyğəmbərlə yanaşı, imamların da həyatı müsəlmanlar üçün örnəkdir.
On iki imam şiəliyində ”Əhli-beyt”ə (ərəb dilində “ev əhli” mənasına gəlir) sevgi və ehtiram xüsusi yer tutur. “Əhli-beyt” dedikdə, Məhəmməd peyğəmbərin ailəsi nəzərdə tutulur. Şiələrə görə, xüsusi seçilmiş şəxslər, yəni Əli ibn Əbu Talib, onun oğulları Həsən və Hüseyn, Məhəmməd peyğəmbərin qızı Fatimə, habelə Hüseynin nəslindən gələn digər doqquz imam “Əhli-beyt”ə mənsubdur. Onlardan fərqli olaraq, sünnilər Məhəmməd peyğəmbərin bütün ailə üzvlərini “Əhli-beyt”ə aid edirlər.
İsmaililik. Şiəliyin ikinci böyük qolu ismaililikdir. Bu məzhəbin ardıcılları imamiliyin ilk altı imamını qəbul edirlər. Lakin imamilikdən fərqli olaraq, ismaililikdə Cəfər əs-Sadiqin kiçik oğlu Musa əl-Kazım (745-799) deyil, onun böyük oğlu İsmayıl (719/721-755) yeddinci imam sayılır., ismaililik məzhəbində qəbul olunan imamların sayı yeddidir.
Hazırda dünyada ismaililik mənsublarının sayı 15 milyondan yuxarıdır. Onların əsas hissəsi İran, Orta Asiya, Suriya, Hindistan və digər ölkələrdə yaşayır.
Zeydilik. Zeydilik məzhəbinin adı dördüncü imam Əli ibn Hüseynin (659–713) oğlu Zeyd ibn Əlinin (695-740) adından götürülmüşdür. Çünki zeydilər dördüncü imam Əli ibn Hüseyndən sonra onun oğlu Zeyd ibn Əlini öz imamları kimi qəbul edirlər.
Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin