Biosferanın quruluşu
Atmosfera – yerin kosmik fəza ilə sərhəddə olan ən yüngül örtüyüdür. Onun vasitəsi ilə kosmosla maddə və enerji mübadiləsi baş verir. Atmosferin tərkibi əsasən bu elementlərdən ibarətdir: N2 (78%); O2 (21%); CO2 (0,03%).
Hidrosfera – yerin su örtüyüdür. Əsasən bu elementlərdən ibarətdir: H2, O2, Na, Mg, Ca, Ch, C, S.
Litosfera – yerin üst bərk örtüyüdür. Əsasən bu elementlərdən ibarətdir: O, Si, Al, Fe, Ca, Mg, Na, K.
Ekoloji faktorlar
Yaşayış mühiti – canlı orqanizmi əhatə edən, onunla birbaşa əlaqədə olan təbiətin bir hissəsidir. Mühitin xüsusiyyətləri və tərkib hissələri çox və dəyişkəndirlər. Hər bir canlı mürəkkəb və dəyişən dünyada yaşayır, ona uyğunlaşır, onun dəyişmələrinə uyğun olaraq, öz həyatını tənzimləyir.
Orqanizmlərə təsir edən ayrı-ayrı mühitin özəllikləri və elementləri ekoloji faktorlar adlanır. Mühitin çoxlu faktorları vardır. Onlar canlılar üçün zərərli və ya zəruri ola bilərlər; onların varlığına, artımlarının çoxalmasına ya da azalmasına təsir edə bilərlər. Ekoloji faktorlarların təbiəti və təsir gücü çeşidli olur. Onlar biotik, abiotik və antropogen faktorlara bölünürlər.
Dostları ilə paylaş: |