Biotik faktorlar – canlıların bir-birinə təsir formalarıdır. Hər bir canlı özündə başqa canlının birbaşa ya dolayı təsirini duyur, öz növündən olanlarla, eləcə də başqaları ilə (bitki, heyvan, mikroorqanizmlər) ilişkilərə girir, onlardan asılı olur və onlara təsir edir. Çevrəmizdə olan orqanik dünya hər bir canlının mühitinin tərkib hissəsidir.
Orqanizmlərin qarşılıqlı bağlantıları biosenozların və populyasiyaların varlığının əsasıdır. Onların araşdırılması sin-ekologiya sahəsinə aiddir.