Freonların dağıdıcı özəllikləri Ozon qatının dağılmasının başlıca səbəbi xlor və onun hidrogenləşmiş maddələrin atmosferin yüksək qatlarına qalxmasıdır. Bunlar da freon qazından yaranır. Bu qazın adi otaq temperaturinda oz həcmini artırmaq özəlliyi var. Buna görə də onlar uzun zaman maye tozlandırıcıları olan aerozolların buraxılmasında işlənmişdirlər. Bundan daşqa, həcminin genişləndirı bilən freonlar tez soyudula bilirlər. Buna görə də bu maddə soyuducuların istehsalında və işlənməsində istifadə edilir.
Freonlar atmosferin üst qatına yüksələndə, ondan xlorun atomları ayrılır. Onlar ozonla reaksiyaya girərək, onu oksigenə çevirirlər. Xlor atmosferdə 120 il qala bilər. Bu vaxt içində də ozonun çoxlu molekullarını həll edə bilər.
1980-ci illərdən başlayaraq, bütün dünyada freonların istehsalının azaldılması tədbirləri görülür. 1987-ci ildə 23 başlıca ölkələr freonların buraxılmasını 1999-cu ilə qədər iki dəfə azaltmaq öhdəliyini boyunlarına götürmüş, bu barədə anlaşmaya qol çəkmişdirlər. Artıq bu gün freonu aerozollarda dəyişə bilən və bütün göstəricilər üzrə ondan geri qalmayan proban-butan qarışığı olan qaz tapılmışdır. Onun əskikliyi təkcə odda yanmasındadır. Artıq bu aerozollar geniş istifadə edilirlər.
Ancaq soyuducular üçün bu problem hələ də tam çözülməmişdir. Orada freonun yerinə işlədə biləcək maddə ammiakdır. Ancaq o fiziki gostəricilərinə görə freondan geri qalır. Bu gün başqa maddələrin tapılması yönündə də işlər gedir.
Dünya birliyinin çabalarının sonu olaraq freonun işlənməsi iki dəfə azalmış, ancaq tam ortalıqdan çıxmamışdır. Bilginlərin dediyinə görə, ozon qatı 50 il boyu bərpa oluna bilər.
Suallar:
İstixana effekti problemi və onun qarşisinin alinmasi yollari
İstixana effekti səbəbi ilə iqlimin dəyişməsinin nəticələri
Turşu yağışları problemi və onların yaranma səbəbləri
Turşu yağışların ekologiya və iqtisadiyyata vurduğu ziyan
Turşu yağmurları probleminin çözülməsi yolları
Smoqla bağlı problem və smoqdan qorunma
Ozon qatının dağılması və freonların dağıdıcı özəllikləri