Sosial ekologiya, insan ekologiyasının bir bölümü kimi, ictimai strukturların (ailələrin və başqa kiçik qrupların) təbiətlə və onları bürüyən sosial mühitlə bağlantılarını öyrənən elmi sahələrdir. Bu sahələrə sivilizasiyaların ekoloji amilləri, insan populyasiyaların ekologiyası, ekoloji demoqrafiya, etnosların ekologiyası və etnogenez (irqlərin və millətlərin təşəkkülü) daxildirlər.
Ekologiyanın obyekti Ekologiyanın obyektləri daha çox orqanismlərüstü sistemlərdir. Bu da orqanismlərüstü sistemlərin (populyasiyaların, biosenozların, ekosistemlərin, biosferanın) qurumu və fəaliyyətidir. Başqa sözlə, ekologiyada başlıca öyrənmə obyekti canlıların və yaşayış mühitinin yarattıqları birlikdə olan təbii komplekslərdir.