Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar



Yüklə 413 Kb.
səhifə1/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   56

Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində

Bakı Dövlər Rabitə və Nəqliyyat kolleci


Elektron mühazirə

Fənn: Azərbaycan tarixi

Müəllim Sərvərov Bəxtiyar

BAKI-2020
AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ
(1920-1939-cu illər)
Plan:


  1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar.




  1. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili.

  2. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar.

  3. Azərbaycanda mədəni quruculuq.




  1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar

1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyy ət Müvəqqəti İn-qilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları So-veti yaradıldı (N.Nərimanov- sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Və-zirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goy-çayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qaraba ğ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komi-təsinin 1920- ci il 3 may tarixli dekreti ilə yerl ərdə qə za, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dek-reti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi (6, s. 18). 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dek-retlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər


milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may ta-rixli dekreti ilə silki və mülki rütbə lər (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hə r cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Föv-qəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu (12, s. 119-120). 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradı lan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft s ənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tər əfindən göndə-rilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi.


1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq s ənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbay-candan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSR-in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İ craiyyə Komitəsi (Az. MİK) se-çildi. Mİ K sədri Muxtar Hacıyev, sədrin müavini Səməda ğa Ağa-malıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icra-edici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşe-viklər ziyalıları, din xadimlərini, Azə rbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sə dr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən


azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdir.
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyaları nın qa-nundankənar olması və fə aliyyətlərinin qadağan olunması bar ədə rəsmi qə rar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə ar-tırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üs-yançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıx-linski, general Məmmə d Mirzə Qacar, polkovnik Cahangir bəy Ka-zımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da üsyanç ılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə arxadan zərbə vuraraq, Qırmı zı orduya köməklik göstərirdi. Mayın 31-də şəhər XI Qırmızı ordu hissələrinin nə zarətinə keçdi. Üsyan-çılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin adasında güllələndi.

Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyu-nun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerlə-şən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı piyada alayları,



  1. topçu diviziyası təşkil edirdi. İlk hərbi toqquşma Ehsan xan Naxçıvanskinin komandanlıq etdiyi Şəki alayı arasında olmuşdu. Bu döyüşdə Naxçıvanski və onu müşaiyət edən bir qrup hərbiçi ələ keçirilib XI Qırmızı ordu qərargahında güllələndilər. Qarabağ üs-yanı amansızlıqla yatirildi.





  1. Yüklə 413 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin