Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ



Yüklə 413 Kb.
səhifə10/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   56
AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ
DÖVRÜNDƏ (1939-1945-ci illər)
Plan:


  1. II Dünya müharibəsinin başlanması və müharibə edən dövlətlərin Azərbaycana dair planları.




  1. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və partizan hərəkatında.

  2. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin

həlledici rolu.

4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində.
1. II Dünya müharibəsinin başlanması

və müharibə edən dövlətlərin Azərbaycana dair planları
1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum et-di. Bir gün sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına ə sasən 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ- yə hücum etdi. Rozenberqin “Qafqazın idarə olunmas ı planı”na görə ilk vaxtlar Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqa-mətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlı ğına tabe edilməli (55, s. 12), digər plana görə türk xalqları yaşayan ə razilərdən ibarət “Böyük Türküstan” dövləti yaratmaq idi (85, s. 33).
Hitler hələ 1941-ci ilin martında Bakı zəbt edildikdən sonra neftin hasil edilməsi, emalı və daşı nmasını Almaniyanın “Konti-nental neft cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin “Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.

ABŞ və Böyük Britaniya da Qafqaza, xüsusilə də Azərbay-cana sahib olmaq istəyirdilər. “Vilvet” planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük


Britaniya hərbi qüvvə lərinin yerləşdirilməsi nəzərdə tutulurdu. On-lar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istə-yirdilər. SSRİ rəhbərliyinin planına görə isə Azərbaycan əhalisi Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi.





  1. Yüklə 413 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin