4. Cənubi Azərbaycan II Dünya müharibəsi illərində Müharibənin əvvəllərində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza şah və onun dairə ləri açıq nasistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər. Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə görə, 1941-ci il avqustun 25-də SSRİ, az sonra Böyük Britaniya, 1942-ci ilin dekabrında ABŞ İrana qoşun yeritdilər. Bütövlükdə İran, habelə Cənubi Azərbaycan, müttə fiql ərin Sovet İttifaqını hərbi sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteri-yasına çevrildi.
Rza şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sent-yabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən I mərhələsində dərketmənin, milli şüurun misilsiz in-kişafı oldu. Xalq kütl ələri ana dilində danışmağa, yazıb-oxumağa, yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə İranın hakim təbəqə ləri demokratik hərəkatın qarşısını almaq üçün vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızış-dırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər.
XVIII FƏSİL
MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏ SİYASİ İNKİŞAFI (1945-1991-ci illər)