Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin yaradılması



Yüklə 413 Kb.
səhifə19/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   56
Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin yaradılması

1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri ya-ranma ğa baş ladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin (ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Mü-vəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas müddəalarını partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və baş da S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi (58, s. 92-93).


Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyi-


lirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət gös-tərərək Azərbaycanın milli -mədə ni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabryn 1-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmı ş Milli Məclis Seyid Cəfər Pi şə-vərinin ba şçıl ığı ilə Milli hökumə t yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu 21 Azər hərəkatı adlanırdı . 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturların yaradılmasına başlandı.


Milli hökumət 1946-cı ilin fevralında aqrar qanun verdi. Qa-nuna görə mülkədarların və digər sahibkarların torpaqları kəndlilər arasında bölüşdürülürdü. Mayı n 12-də “Əmək haqqında qanun” verildi. 1946-cı il yanvarın 6-da Milli Mə clis “Dil haqqında” qanun qəbul etdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis olundu (35, s. 44; 12, s. 197).

Cənubi Azərbaycanda milli-demokratik hərəkatın uğurları Tehranın hakim dairəl ərini təş vişə saldı. Yanvar ayından hökumətə başçılıq edən Əhməd Qəvam ən əvvəl xalqı aldatmaq məqsədilə Milli Hökumətlə danışıqlara başladı. 1946 -cı ilin iyununda Tə brizdə onların arasında müqavilə imzalandı. O, ABŞ , İngiltərə və SSRİ arasındakı ziddiyyətl ərdən istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərməl əri razılığını aldı. Sovet hökumətinin “bitərəf-liyini” əldə etmək üçün Əhməd Qəvam Moskvaya gedərək Stalinlə görüşdü.

Bunun ardınca Sovet dövləti BMT TŞ-nin tələbi ilə hərbi hissələrinin İrandan çıxarılmasını sürətləndirdi və mayın 8-də başa çatdırdı. İran hökuməti parlamentı seçkilərə nəzarət bə hanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 1-dən hökumət qoşunları ilə fədailər arası nda qanlı döyüşlər baş landı. Milli höku-mət və təndaş müharibəsi baş vermə məsi üçün döyüşləri dayan-dırmaq göstərişi verdi. İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar ağa-cından as ıldılar. 10 minlərlə vətəndaşlar mühacirət etməyə məcbur oldu (12, s. 200-201).

1946-cı il dekabrın 11-də səhər xalqa “Öldü var, döndü yox” deyə müraciət edən Pişəvəri axş amüstü yaxın silahdaşları ilə bir-likdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı olan Pişəvəri 1947-ci il iyulun 12-də Azərbaycanda avtomobil qəza-sında həlak oldu.




Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin