1921- ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tə rəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz t ərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27 -də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arası nda imzalanmı ş Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmiş di. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.
RK(b)P -nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qaraba ğ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanıl-
ması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qaraba-ğın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sor-ğusunun yaln ız ermənilər arasında keçirilməsi. İclasda əksə riyyət (Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi (41, s. 171). Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəz ərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu (40, s. 125-126). Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Da ğlıq Qara-bağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhə ri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salında (41, s. 176). Bu məsələdə Stalinin, Çiçerinin, Or-conikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu (100, v. 110). S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK- i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi (6, s. 213).
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrı nda RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu t ərəfindən Zaqafqaziya Federasiya-sının yaradılması bar ədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələ-rinin səlahiyy ətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqaf-qaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrı n 10-da toplan-mış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkə zi İ cra-iyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yer-üstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının
RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlə dən Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I Sovetl ər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tər-kibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali orqanı-Mərkə zi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul edildi.
Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adət-ənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövl ət dili səviyyəsinə çat-dırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayən-dələrini Azərbaycana gətirmək, “beynəlmil əl” şəhər elan edilən Ba-kıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarş ıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaq-larını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sol-lar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nə-ticələ ndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, Türk dünyas ına nüfuzedici amil olması kimi baxılması da mühüm yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda keçirilmişdi-1920-ci il sentyabrı n 1-7-də Şə rq xalqlarının nüma-yəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayən-dəsi iştirak etmişdi.
Dostları ilə paylaş: |