nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düş-mən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla adamın mühasirədən çıxmasına şərait yaratdı, son gülləni özünə vurdu.
Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər ya-ralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sove-tin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur
oldu. 1992-ci ilin martında Rusiyanın əlalt ısı Rəhim Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi (7, s. 299).
Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmış dı (54). Hücum ərəfəsində döyüş-çülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər verirdi. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artilleriya atə-şinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi (36; 54). 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü (20). Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı.
Dostları ilə paylaş: |