Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar



Yüklə 413 Kb.
səhifə33/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   56
1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əm ə-liy-yatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi tələfat verdilər.
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqlar ı olan Rusiya və İ ranı, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı Müdafiə Aklı”na Azərbaycana dövlət sə viyyəsində hər cür yardım göstərilmə sinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. Azərbaycan ordusunda və ziyyət bərbad idi. Azərbaycan silahlı qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər.
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji ə həmiyyətli Kəlbəc ərdən, az sonra Ağdərə bölgəsindən çı-xardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tər əfindən tutuldu. 1993-cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdə-rəni ələ keçirdilər. Martın sonundan güclü at əşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir gö-türüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb mə hv etdi. 144 ya-şayı ş məntəqəsi işğal edildi, 500-dən çox müəssis ə, 13 min ev, 100 min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXC-Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kə lbəcə-rin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul etdi.


Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin