Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin müqaviləsinin” imzalanması



Yüklə 413 Kb.
səhifə39/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   56
2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin müqaviləsinin” imzalanması.
İstehsalı inkişaf etdirmə k, Azərbaycan yeritdiyi “açı q qapı” siyasətinə uyğun olaraq, xarici investitorlara və kreditorlara təminat verən, onları müdafiə edən qanunlar qəbul edilmə si, xarici investi-siyanın daha geniş cəlb olunmasına imkan verdi. Beynəlxalq Val-yuta fohdu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidə nqurma və İnkişaf Bankı ilə əlaqədar yaradılmışdı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta fondu Azərbaycana 1 milyard


  1. milyon dollardan çox kredit vermişdi (105, v. 102). H.Əliyevin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya və s. ölkələrə rəsmi və işgüzar səfərləri nəticəsində həmin dövlətlərlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətləri yaradılmışdı. Bu ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası prosesini süətləndirdi. 1994-cü il sentyabr 20-də imzalanmış

Əsrin müqaviləsi”nə əsasən 30 neft şirkəti ilə 57 milyard sərmayə


qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. SELF-5 qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi. 2000-ci ilin “Qurtuluş” müasir qazma qurğusu işə salındı. “Çıraq” platformasından 120 m dərinlikdə 176 km-lik neft kəməri çəkildi. Sanqaçal Terminalı tikildi (18, s. 85; 22).


Əsrin müqaviləsi”nə uyğun olaraq çıxarılan neftin Avropa bazarlarına satılması üçün 2-Bakı-Novorossiysk və Bakı-Supsa (Gürcüstan) neft kəmərləri ç əkildi. ABŞ-ın şahidliyi ilə Azər-baycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Respublikaları arasında bağlanan müqavilələrin reallaşmağa başlaması əsrin sonuna kimi Azərbaycan Neft Fonduna 230 mln. ABŞ dollar ı həcmində vəsait gətirdi. 1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bə rpası üzrə beynəlxalq konfrans keçirildi. “Avropa-Qafqaz-Asiya” dəh-lizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı (58, s. 394) . Bu konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləş-dirildi.

Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İ qtisadi Komissiyası ilə əməkdaşlı ğı nəticəsində respub-likamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Av-ropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini



  1. dəfələrlə artırdı. 2002-ci ilin sonunda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə olundu. 2006-cı il iyulun 13-də Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi başa çatmışdır və Azərbaycanın “qara qızılı”nın dünya bazarına çıxarılması təmin olunmuşdur. 2005-ci ilin fevral ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından ilkin neft çıxarılmasına başlanmışdır. 2003-2006-cı illərdə istehsal edilmiş ümumi sənaye məhsulunun 61%-dən çoxu mədən-çıxarma sənaye sahəsinin payına düşürdü. 2006-cı ildə Azərbaycanda 32 milyon ton neft, 2007-ci ildə 47 milyon ton neft, 2009-cu ilin sonu üçün 50 milyon ton neft hasil olunmuşdur. İnşası 2004-cü ildə başlanmış və 2006-cı ildə başa çatdırılmış Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə 2007-ci il iyulun 3-də Şahdəniz qazı Cənubi Qafqaz boru kəməri ilə Tür-


kiyənin qaz kəmə rləri sisteminə daxil olmuşdur. Bakı-Tiflis-Ərzu-rum qaz kəməri Azərbaycanın, Gürcüstanın və Türkiyənin qaza olan t ələbatını ödə məklə yanaşı, Azərbaycan qazının Türkiyə vasi-təsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsində mü-hüm pol oynayır. Azərbaycan qazının Avropaya çıxarılmasını nə-zərdə tutan Trans-Anadolu Qaz Kəməri (TANAP)Trans-Ad-riatik Qaz Kəməri (TAP) layihələri Avropanın enerji təchizatında xüsusi rol oynayırlar. Trans-Adriatik Qaz Kəmə ri (TAP) il ə ilkin mərhələdə ildə 10 miyard, sonra isə 20 milyard kub metr qazın nəql edilməsi proqnozlaşdırılır. 3 trilyon kub metr qaz ehtiyatına malik olan Azərbaycanın i ştirakçı olduğu bu layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə

  1. mindən çox iş yerlərinin açılması nəzərdə tutulur. Dövlət Neft Fondunun 2013-cü ildə maliyyə aktivləri 36 milyardı ötmüşdür (14, s. 364). Ümumi Daxili Məhsul istehsalı (UDM) 2003-2013-cü ilərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə UDM-un adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarina yaxın) çox, 2013-cü ildə UMD-un həcmi 73,5 milyard ABŞ dollarına çatmış və adambaşına düşən UDM istehsalı 8392 manata (10700 ABŞ dollari) yüksəlmişdi.


Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin