Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş



Yüklə 413 Kb.
səhifə43/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   56
2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş
SSRİ-də 80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər Azərbaycanın da iqtisadiyyatına və sosial-mə dəni həyatına ağır zərbələr vurdu. 400 mindən çox neft quyusunda hasilat dayanmışdı. Milli gəlirin 1/3 müharibəyə xərclənirdi. Ərazimizin 1/4 hərbi əmə-liyyat meydanına çevrilmişdi. 1 mln. ha kənd təsərrüfatı sahəsi, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 200-dən çox faydalı qazıntı yataqları, o cümlədə n 4 qızıl, 3 civə , 2 qranit, 2 mərmər, 10 mineral su mədəni, 250 min ha meşə sahəsi, o cümlədən Zəngilanda dünyada II, Avropada isə I olan 107 ha çinar meşəsi düşmən əlinə keçmişdi.
H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitlik yaratdı və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. 1994-cü ilin əvvəllərində milli valyuta-manat yeganə ödəniş vasitəsi oldu. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidə nqurma və İ nkişaf Bankına qoşuldu. Büdcə kəsirinə ciddi nəzarət edildi, onun artmasına yol verilmə di. Nəticə də 1995-ci ildə inflyasiya kəskin surətdə azaldı. 1998-ci ildə tam aradan qalxdı. Manatın məzənnəsi dollara nisbətən artdı . 1995-1997-ci illərdə 20 min kiçik dövlət müəssisəsi özəlləşdirildi. Gömrük vergisi azaldıldı. 1994-cü ilin aprelində xarici ticarə tin sərbəstləşdirilməsi haqqında fərman verildi. 1994-1995-ci illərdə neftayırma zavodlarında 2 yeni


ALOW-2 qur ğusu işləmə yə başladı. Sumqayıtda, 2000-ci ildə Şəm-kir-Yenikənd su-elektrik stansiyası istifadəyə verildi. 1995-ci ilin martında “Dövlət aqrar islahatı” Komissiyası yaradıldı. “Torpaq islahatı haqqında” Qanun 1996-cı il iyulun 16-da qəbul edildi. Bu qanuna görə torpaq kənddə yaşayan vətə ndaşların xüsusi mülkiy-yətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu ə sasında 3-dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22%-i-1 miln. 911 min ha xüsusi, 45%-i dövlət, 33%- i bələdiyyə mülkiyyətinə verildi. “Döv-lət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar, bunlara uyğun normativ aktlar qəbul olundu. 1996-c ı ilin iyulunda Aqrar kredit kassaları yaradıldı. Respublikada 3,5 mln. və təndaşa torpaq payı ayrıldı. Əsrin sonlarında kənd təsərrüfatında sahib-karlığa əsaslanan 23 min kəndli (fermer) təsərrüfatı, yüzl ərlə istehsal kooperativi, kiçik müəssisə fəaliyyət göstərirdi. 2001-ci ilin əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdiril-mişdi (19, s. 79-83). 1996-c ı ilin oktyabrında “Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması meliorasiya xidməti-nin yaxşılaşdırılmasına imkan yaratdı. Azərbaycan 100-dən çox ölkə ilə ticarə t əlaqələri saxlayırdı. Qaçqın və məcburi köçkunlərin problemlərini sistemli şəkildə həll etmək və sosial müdafiəsini gücləndirmək məqsədi ilə 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdi. Dövlət Proqramına müvafiq olaraq, 1998-2001-ci ilərdə bir sıra rayonlarda yaşayış məntəqə-lərinin salınması, infrastrukturun yenidən qurulması, kommunika-siya xətlərinin, məktəblərin, tibb məntəqələrinin bərpas ı, t əsərrüfatla məşğul olmaq üçün əkin sahələrinin ayrılması, yeni iş yerl ərinin yaradılması istiqamətində çoxlu işlər görülmüşdü. Qaçqın və məc-buri köçkünlə rin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmaq və məşğulluğunu yüksəltmək məqsədi ilə Azərbaycan Respublikasında Dünya Bankının, digər beynəlxalq, qeyri-hökumət və kredit təşki-latlarını n maliyyə dəstəyi əsasında 1999-cu ilin dekabrında Sosial İnkişaf Fondu yaradılmışdı. Bir qrup ədəbiyyat, incəsənət və elm xadiminə, gənc istedadlara fərdi təqaüdlər müəyyən edildi. 2002-ci


ilin iyunundan etibarən xalq qarşısında mühüm xidmətlə ri olan şəxslərə yüksək Prezident təqaüdü verilməyə başlandı. “Yox-sulluğun azaldılması və İqtisadi İnkişaf üzrə dövlət Proqramı” hazırlandı. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı . 1994-cü ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun qəbul edildi. Səhiyyə təşkilatlarının özünümaliyyələşdirmə sisteminə keçməsi haqqında xüsusi proqram hazı rlanıb həyata keçirilməyə başlanmışdı. Demək olar ki, 2003-cü ildə respublikada 414 tibb müəssis əsi əhaliyə pulla xidmət gös-tərirdi. Azərbaycanın bir dövlət kimi qarşıya qoyduğu məqsədlərdən biri də ordunun Vətənə, Az ərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığa malik milli hə rbi kadrların yetiş dirilməsində müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsidir. Prezident Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Hərbi Akademiya yaradılmışdır. Azər-baycanın 3,3 milyard dolları keçən illik hərbi büdcəsi Milli ordu-muzun ən yeni hərbi texnika, silah -sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə sərf olunur. Hərbi Dəniz Qüvvələ ri gəmi-lərinin, Hərbi Hava Qüvvələri isə Rusiya, Ukrayna və Beloru-siyadan alınan döyüş təyyarəsi və helikopterlərin, İ sraildən isə alınan yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələ rin sayına və hərbi-texnika imkanlarına görə Azərbaycan regionda ən güclü hava qüvvələri və donanmaya malik dövlətə çevrilmişdir.


Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin