Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar



Yüklə 413 Kb.
səhifə49/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   56
2003-cü il iyulun 7-də Avropa Komissiyasının maliyyə kö-məyi ilə inşa olunmuş Bakı metropoliteninin 20-ci stansiyası olan H.Aslanov stansiyası işə salındı. 2002-2005-ci illər üçün “Yoxsul-luğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proq-ramı”nda nəzə rdə tutulmuş t ədbirlər iqtisadi və sosial sahə ləri tam əhatə etmişdir. 2004-cü ilin 11 fevralında qəbul edilmiş “Azər-baycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”na müvafiq olaraq 2004-cü ildə müxtəlif bölgələ rdə 20-dən çox yeni sənaye obyekti işə salınmış, 135 mindən artıq iş yeri


açılmışdır. Ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1 mlrd. 800 min dollara çatmışdır.


Elm, t əhsil, sə hiyyə, idman, turizm, ə traf mühitin mühafizəsi problemlə ri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda MEA-nın 500-dən çox əməkdaşını birləşdir ən Naxçıvan bölməsi yaradıldı. Yüksə k məhsuldarlığı və müxtə lif xəstəliklərə qarşı da-vamlı olması ilə fərql ənən yeni bərk buğda sortlarının genetikası və seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir.
Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər Əliyev Fondunun maliyyə mənbəl əri hesabına son illərdə respublikada 2200-dən çox məktəb binası inşa edilmişdir.

Az ərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla litsey və gimnaziya yaradılmışdı r. Ali məktəblərdə 120 mindən çox tələbə təhsil alırdı-30-dan çox xarici ölkə nin 2-3 mindən çox vətəndaşı var. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq yüzlərl ə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu proqram çə rçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a, Avropa və Asiyanın ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq üçün göndərilmişdir (14, s. 368).

Prezidentin “Ümumtəhsil məktəblərinin maddi-texniki ba-zasının möhkəml əndirilməsi haqqında” fərmanına uyğun olaraq 2003-2007-ci illər üçün həmin məsə ləyə dair mə qsədli Proqramın həyata keçirilmə si baş lanıldı. 2001-ci il sentyabrın 1-də dünya stan-dartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan 2004-cü ilin sentyabrından ümum milli lider H.Əliyevin adını da-şıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident
İ.Əliyev “Bilik gününün tə sis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respub-likasında ümumtəhsil məktəblərinin informasiyası və kom-munikasiya texnologiyaları ilə təminatlı proqramı”na (2005-2007) dair fərmanlar imzalamışdı (21 avqust 2004). 2001-ci il 18


iyul tarixli fərmanla avqustun 1-d ən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, tə hsilin, rəsmi yazışmaların və çıxışların ana dilində olması bar ədə tədbirlər həyata keçirilməsinə başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalamışdır. Həmin fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. İ.Əliyevin “Azərbaycan Respublikasının milli



Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin