Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Kənd təsərrüfatının kollektivləşdirilm əsi siyasəti



Yüklə 413 Kb.
səhifə5/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   56
Kənd təsərrüfatının kollektivləşdirilm əsi siyasəti 1929-cu ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kol-xozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları məhdudlaşdı rmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yük-sək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur


saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırı-lırdı, bir sinif kimi ləğv etmək siyasəti keçirildi, Sibir və Qazaxıs-tanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütl əvi olaraq kəndlilə r kolxozlardan çı xmağa başladılar, lakin 1930-cu ilin sonu-1931-ci ilin əvvə lərindən etibarən kolletivləşmə dalğası yüksəlməyə başladı. 1937-ci ildə bütün kəndli təsərrüfatının 86,5%-i kolxoz-larda birləşdirilmişdi. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatala mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı dairəsinin Ağdə rə kəndində, Şəmkirin Bitdili kəndində , Cəbrayıl qəzasının Sirik kə ndində və s. yerlərdə kəndli üsyanları baş vermişdi. Təkcə 1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdi. Bu siyasətin zorakılıqla yerinə yetirilməsi nəticəsində kollektivləşdirmənin 4 ilind ə ona qarş ı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin ənənəvi təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki, 1950-ci illərin sonuna kimi pasportu olmayan kolxozçu icazə siz mənsub olduğu kolxozun hüdudları ndan kənara gedə bilməzdi və ya istədiyi təsərrüfata keçmə k hüququ da yox idi, kolxozlar sanki əmək düşərgələrini xatırladırdı.



Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin