Azərbaycan siyasi mühacirəti. Sovet rejimi yarandıqdan sonra xarici ölkələrə mühacirətə getmiş azərbaycanlılardan çoxu Almaniyan ın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbay-canın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Mayor Əbdür-rəhman Fətə libəyli-Düdənginski Baltikyanı ərazilərdə almanlara əsir düşmüş, 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq haqqında müraci ət etmi ş, 1941-ci ildə M.Ə.Rəsul-zadə Almaniyaya dəvət olundu. Hitler 1941-ci il dekabrı n 22-də Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissəl ər yaradıl-ması haqqında sərəncam verdi. 1943-cü ildə Azad türk diviziyası yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərki-binə daxil olundu. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil olundu.
Faşistlərin planına gör ə Guzey və Güney Azərbaycan Alma-niyanın gələcəkdə yaratmaq istədiyi “Böyük Türküstan” dövlətinin
əyaləti olmalı idi. M.Ə.Rəsulzadə Hitlerin Azərbaycan haqqında niyyətl ərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. An-tifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan getməyə mə c-bur oldu. Lakin bəziləri hələ də Almaniyaya inanırdı. 1943-cü il noyabrın 6-da Berlində azərbaycanlıları n milli qurultayı keçirildi. 1943-cü ilin payızında Berlində mühacir Azərbaycan Parlamenti və hökuməti yaradıldı. Başçı Ə.Fətəlibəyli-Düdənginski idi. Alman hökuməti “Mühacir Azərbaycan hökuməti”ni tanıdı. Bu “hökumət” 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
Azərbaycan milli legionu Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunları na qarşı vuruşurdular. Məğlub ola-raq İtaliyanın şimalı na çəkildi. Mühaibə qurtarandan sonra bitərəf ölkələrin ərazilərinə köçdülər. Çox hissəsi Türkiyədə məskunlaşdı. Vətənə qayıdanlar isə təqib və sürgünə məruz qaldılar.
Dostları ilə paylaş: |