XX əsrin 40-60-cı illərində Azərbaycanda sosial-iqtisadi
və siyasi vəziyyət. Milli meyllərin güclənməsi
Plan:
40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət.
Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası.
Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin
yaradılması.
40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət
Müharibədən sonra Sovet rejimi dünyada öz nüfuzunu daha da artırdı. Mərkəzdə bütün siyasi hakimiyyət Stalinin, respublika-larda isə Kommunist Partiyası Mərkəzi Komitələri Birinci katiblə-rinin əlində cəmləşdirildi. Azərbaycanda totalitar rejimin təmin olunmasında M.C.Bağırovun şəxsi nəzarəti altında işləyə n Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rolu gücləndi. Mühari-bədən sonrakı dövrdə Azərbaycan xalqı nın tarixinin saxtalaşdırıl-ması, xalqın soykökünün öyrənilməsində qəsdən dolaşıqlıq yaradıl-ması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi, Azər-baycan Cümhuriyyəti tarixinin və digər tarixi proseslərin ciddi təh-rif olunması ən yüks ək mərhələyə çatdı. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şa-mil hərəkatını Rusiyanın müstəmkəkəçilik siyasətinə qarşı mübarizə
kimi qiymətlə ndirdiyinə görə görkəmli filosof, akademik Heydər Hüseynov ona verilə n “Stalin” mükafatının geri alı nmasına və haq-sız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə bir çox Azərbaycan alimləri və ədəbiyyat xadimləri də haqsız təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud quruluşa qarşı gizli siyasi mübarizə c əhdlərinə gətirib çıxarmışdı. Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhi-mov, Hacı Zeynalovun başçılığı ilə “İldırım” adlı gənclər təşkilatı yaradılmışdı.
1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində fəaliy-yət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru Əbdürəhman Fətəlibəyli- Düdənginski də sovet rejiminə qarşı ideo-loji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə cəhdləri göstərilsə də, heç bir nəticə verməmi şdi. Xaricdə isə azər-baycanlı mühacirlər Sovet rejimi ə leyhinə ideoloji mübarizəni maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada istiqlal ideyalarını tə bliğ edən “Azərbaycan Kültür dər-nəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi.
Dostları ilə paylaş: |