Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası
Sovet dövlətinin xalqlar arası nda münaqişə ocaqlarını saxla-maq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik siyasətinin davamı idi. Münaqişə ocaqlarından ən ziddiyyətlisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi.
Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan
başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə Azərbaycanın arasında yaradılmış “erməni ərazisi” bununla ləğv edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də ermənilərin ərazi iddiaları rədd edildi (7, s. 135).
Moskva əks tədbirlər görməyə başladı. 1946-cı ilin oktyab-rında xaricdə yaş ayan ermənilərin Ermənistana köçürülməsi haq-qında qərar qəbul etdi (17, s. 42). Bu köçürmə az ərbaycanlıların yaşadıqları torpaqları n boşaldılması hesabına həyata keçirilməli idi. Buna görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR- in Kür-Araz ovalı ğına köçürülməsi haqqında” qərar qəbul etdi (7, s. 135). 1948-ci il 10 mart tarixli daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan
Dostları ilə paylaş: |