Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili



Yüklə 413 Kb.
səhifə2/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   56
Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili

1920-ci il iyunun 6-da Zaqatalada güclü üsyan baş verdi. Bu üsyanın əsas qüvvəsini dinc əhali təşkil edirdi. Üsyana keçmiş Xalq Cümhuriyyə tinin xadimlərindən biri, peşəkar hərbiçi Əhmədiyev və Molla Hafiz Əfəndi başçılıq edirdilər. Amansızlıqla yatırılan üsya-nın sağ qalan hissələri Gürcüstanda sığınacaq tapmalı oldular. 1920-


ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kə ndi ətrafında, avqustda Quba qəzasının Dəvəçi və Qusar dairə lərində kəndlilərin silahlı dəs-təsi ilə Qırmızı ordu hissəl əri arasında toqquşmalar baş verdi. 1920-1924-cü illərdə Lənkə ran, Cavanşir, Ordubad v ə Şərur qəzaları nda, Qəbələ və Xaçmazda da sovet rejimi əleyhinə kütl əvi çıxışlar baş vermişdi. “İttihad” partiyasını n Sovet hakimiyyətini devirmək üçün hazırladıqları üsyan planı baş tutmadı . Belə ki, partiyanın sədri Qa-rabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə tərə-findən həbs olunmuşdu.
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçı van, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayı nda Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçı vanı müdafiə etmək üçün Veysəl bəyin başç ılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissə ləri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermə nistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması fak-tiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermə k məqsədi gü-dürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qəra-rına müvafiq olaraq dekabrı n 1-də Nərimanovun “…Sovet Azərbay-canı il ə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil-dir…” bəyanatı ermənilə ri Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı (12, s. 133).
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıq-larının əsas obyektlərində n biri Atatürkün “Türk qapısı” adlan-dırdı ğı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndə si bil-dirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəş tə getməy əcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında


Naxçıvana muxtariyyət verilmə sini və onun sərhədlərinin müəyyən-ləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavil ə imzalandı. Müqavilənin 3-cü maddəsində göstə rilirdi ki, tərəflər müqavilə yə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razıl ıq verirlər və Azərbaycan onu 3-cü dövlət ə güzəştə getməməlidir (73, s. 598-599). 1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan əra-zisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi (49, s. 35). 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nətic ədə Naxçı vanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Nax-çıvan barədə 1922-ci ilin yazında t əsdiq olunmuş Əsasnamədə Nax-çıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevra-lından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralı n 9-da Naxçıvan MSSR kimi daxil oldu (6, s. 194-199; 40, s. 135).



Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin